Bloomberg: Aİ-dən Rusiyaya qarşı yeni sanksiyalar: bu dəfə liman və gəmilərbackend

Bloomberg: Aİ-dən Rusiyaya qarşı yeni sanksiyalar: bu dəfə liman və gəmilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Aİ ölkələri Ukraynaya qarşı müharibəni dayandırmaqdan imtina edən Rusiyaya qarşı sanksiyaların yeni mərhələsini hazırlayır.
Qaynarinfo xəbər verir ki, bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.
“Avropa hökumətləri Rusiyaya qarşı yeni sanksiyalar toplusunu, o cümlədən limanlara və gəmilərə qarşı mümkün tədbirlər, sanksiyalar siyahısının genişləndirilməsi, eləcə də hərbi texnikada istifadə olunan texnologiyalara əlavə məhdudiyyətlər hazırlamağa yaxındırlar”, – deyə agentlik qeyd edib.
Qeyd edilir ki, bu tədbirlərin bəziləri çərşənbə axşamından etibarən tətbiq oluna bilər.
Aİ, həmçinin, sanksiyaların, xüsusən də kriptovalyutalara tətbiq edilməsini gücləndirmək və tədbirlərdən yan keçmək üçün onun necə istifadə oluna biləcəyini məhdudlaşdırmaq yolunu da düşünür.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen bazar ertəsi İtaliyanın baş naziri Mario Draqi ilə Aİ-nin üzərində işlədiyi yeni sanksiyalar paketini müzakirə edəcəyini bildirib.
“Biz əmin olmalıyıq ki, sanksiyaların effekti maksimum olub. Və Kremlin mülki əhaliyə qarşı ehtiyatsızlığını nəzərə alaraq, növbəti sanksiyalar üzərində işləyirik”, – Avropa Komissiyasının sədri bildirib.