Blogger Dyatlov aşırımına getdi, müəmmanın yeni versiyasını irəli sürdübackend

Blogger Dyatlov aşırımına getdi, müəmmanın yeni versiyasını irəli sürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rus blogger Dmitri Maslennikov Dyatlov keçidini ziyarət edib və öz YouTube kanalında 1959-cu ildə məşhur ekspedisiya üzvlərinin müəmmalı ölümü ilə bağlı yeni versiya irəli sürüb.
Qaynarinfo xəbər verir ki, o, rəsmi versiyanın çox şübhəli göründüyünü qeyd edib.
Maslennikovun tezislərindən biri budur ki, Xolatçaxl dağının yamacında ümumiyyətlə, çadır olmayıb və məşhur görüntülər sadəcə imtisaiyadır. Müasir ikiqatlı çadır bir neçə saat ərzində küləyin əsməsinə davam gətirə bilmədiyi halda, “Dyatlovitlər”in tək qatlı çadırı təxminən bir ay – 2-27 fevral arasında, üstəlik də bu yamacın ən çox külək tutan yerində davam gətirib? Bundan başqa, qar dalğasının çadırı yerindən tərpətmədən ekspedisiya üzvlərinə ciddi ziyan vurması kimi rəsmi versiya da şübhə doğurur.
Daha bir məqam – “Dyatlovitlər” dörd ekspedisiya üzvünün cəsədlərinin tapıldığı çadırdan sidrədək olan məsafəni axınlar, dərələr, kollar və ağaclarla örtülü vəhşi ərazi üzündən qət edə bilməzdilər. Bundan əlavə, faciə zamanı yolu xeyli çətinləşdirən qar qarışıqlarının olduğunu da nəzərə almalıyıq. Hətta bir insan post-travmatik affektdə olsa belə, gecə çağı travmalı vəziyyətdə bu cür maneələri keçərək qaça bilməz.
Bundan əlavə, “Dyatlovçular” qrupu meşənin dərinliyinə gedib, bunu da səbəbi aydın deyil, bir halda ki, onlar buna qədər onlar küləkdən sığınacaq və su tapmışdılar. Nəticədə, Dyatlovun və adamlarının düşərgəsinin rəsmi versiyada deyildiyi kimi yamacda deyil, meşədə olduğu ortaya çıxır. Ekspedisiya üzvləri də məhz orada həlak olub.
Blogger faciə baş verən yerdə tapılan əşyaların siyahısını həqiqətin açarı hesab edir. Bunların arasında bir şüşə spirt olub və əslində qrupun sağ qalan üzvü Yuri Yudinin dediyinə görə, ekspedisiya üzvlərində spirt və əsgər sarğıları olmayıb. Bundan əlavə, müstəntiq Tempalovun 15 fevralda başlayan istintaq qeydləri də maraqlıdır. Çünki Dyatlov qrupunun axtarışları hələ 18 fevralda başlayıb.