Blatter və Platini bəraət aldıbackend

Blatter və Platini bəraət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FİFA-nın keçmiş Prezidenti Yozef Blatter və UEFA-nın sabiq rəhbəri Mişel Platini ittiham olunduqları dələduzluq, etimaddan sui-istifadə və qiymətli kağızların saxtalaşdırılması işi üzrə bəraət alıblar.

TİA.AZ xəbər verir ki, bu barədə məlumatı “France Press” agentliyi yayıb.Məlumata görə, bu barədə İsveçrə məhkəməsi qərar verib.

Bildirilir ki, onların hər birinə 18 ay müddətinə şərti həbs cəzası tələb olunurdu.

Xatırladaq ki, məhkəmə 2011-ci ildə FİFA tərəfindən Platiniyə 2 milyon İsveçrə frankının ödənilməsi məsələsini nəzərdən keçirib. İsveçrə Baş prokurorluğu sözügedən ödənişin qeyri-qanuni əsaslarla edildiyini və FİFA aktivlərinə zərər vurduğunu bildirib. Blatter və Platini isə həmin ödənişin Platininin 1998-ci ildən 2002-ci ilə qədər məsləhətçi olaraq fəaliyyətinə görə edildiyini və şifahi olaraq razılaşdırıldığını iddia ediblər.

Qeyd edək ki, Blatter və Platini 2015-ci ildə 8 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırılıblar. FİFA və UEFA rəhbərləri elə həmin il korrupsiya və fırıldaqçılıqda ittiham olunaraq cinayət məsuliyyətinə cəlb olunub.