Biznesmen deputatın oğlu şirkəti adını dəyişdibackend

Biznesmen deputatın oğlu şirkəti adını dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı, “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevə məxsus PZ Şirkətlər qrupu MMC adını dəyişib.

TİA.AZ Vergilər qəzetinə istinadən xəbər verir ki, məşhur şirkət “Crystal Beton” MMC-yə çevrildiyini elan edib.

Pərviz Vəliyev Azərbaycandakı PZ Şirkətlər Qrupunun rəhbəridir. Ağalar Vəliyev bu şirkət üzərindən plastik pəncərələr istehsal edən fabrikin, betonzavodun və “Mələk” ailə-uşaq əyləncə mərkəzinin sahibidir.

26.02.2007 tarixində yaradılan şirkət 20 manat nizamnamə kapitalına sahibdir.

Qeyd edək ki, Pərviz Vəliyev geniş biznes şəbəkəsinə sahibdir. Araşdırmaçı jurnalistlərin yazdığına görə, Pərviz Vəliyevə məxsus İstanbulun tam mərkəzində, Sultanəhməd məscidi yaxınlığında yerləşən “Aybar” oteli 2015-ci ildə istifadəyə verilib.

İstanbulun Alemdar məhəlləsi, Başmühasip küçəsi 10 ünvanında yerləşən otel Pərviz Vəliyevin 2015-ci ilin avqustun 24-də İstanbul Ticaret Odasında qeydiyyatdan keçirdiyi PZ Grup turizm inşaat sanayi ve ticaret limited şirketi üzərindən idarə olunur:

Ağalar Vəliyev özü də biznesmen deputat kimi tanınır. Deputatın Ukraynada da biznesi var. Kiyevdə Antonoviç küçəsi 72 ünvanında yerləşən, şərq üslubunda dizayn edilmiş “Plov” restoranının əsl sahibi də Milli Məclisin deputatı Ağalar Vəliyevdir:

“Əvvəllər bura “Ventura” adı ilə məşhur olub. Restoran 2015-ci ilin iyulunda Ukraynada qeydiyyatdan keçmiş və ofisi həmin ünvandakı çoxmərtəbəli binada yerləşən “Axsan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən alınıb və restavrasiya olunub. Nizamnamə kapitalı 10 milyon qrivna olan Axsan MMC-nin 33.3 faizi (3.333 milyon qrivna) Ağalar Vəliyevin qardaşı oğlu, Bakı şəhəri, Şərifzadə 174-də qeydiyyatda olan Vəliyev Ramin Şahbaz oğluna məxsusdur. Ramin Vəliyev 2011-ci ildən fəaliyyət göstərən və faktiki olaraq Ağalar Vəliyevə aid Azital MMC-nin təsisçisidir.

Axsan MMC-nin digər təsisçiləri Axundov Nadir Ələsgər oğlu və Ukrayna vətəndaşı Anatoliyeviç Aleksandr Saxarovdur.

“Şahplov” restoranı (ŞAHBAZ PLOV da oxuya bilərsiniz) Nadir Axundovun və onun həyat yoldaşının adına 2016-cı ildə rəsmiləşdirilmiş Şahplov MMC vasitəsilə idarə olunur.

“Şahplov” deputatın Ukraynadakı yeganə biznesi deyil, onun faktiki sahibi olduğu və Nadir Axundovun idarə etdiyi digər restoran “Bakinski Bulvar” kompleksidir. Restoran Nadir Axundovun adına rəsmiləşdirilmiş Bakinski bulvar MMC vasitəsilə idarə olunur. 1.85 hektar ərazidə yerləşən kompleks hazırda 3.2 milyon dollara satışa çıxarılıb”.

Deputatın Azərbaycanda da böyük biznesi var. Elə Bakıda çoxsaylı ərazilərdə, hətta metro çıxışlarının üstündə, dəmiryol xətlərinin bir addımlığında yüksəkmərtəbəli binalar tikərək, çox baha kredit faizləri ilə satan “Kristal Abşeron” tikinti şirkəti də Ağalar Vəliyevə məxsusdur…