“BİZNESİN BİR HİSSƏSİ 1 İLƏ DƏ ÖZÜNƏ GƏLƏ BİLMƏYƏCƏK…” – “İqtisadiyyata dəyən gündəlik ziyan 80-120 milyondur”backend

“BİZNESİN BİR HİSSƏSİ 1 İLƏ DƏ ÖZÜNƏ GƏLƏ BİLMƏYƏCƏK…” – “İqtisadiyyata dəyən gündəlik ziyan 80-120 milyondur”

Əli Məsimli: “Neftin qiymətindəki artım devalvasiyanı tam olmasa da, xeyli dərəcədə gündəmdən çıxarır”

“Kimin ağlına nə gəlirsə, gətirib Azərbaycanda satır…”

Dünya iqtisadiyyatında müşahidə olunan tendensiyaların Azərbaycana da təsirsiz ötüşmədiyi danılmaz faktdır. Xüsusilə dünya bazarında neftin qiymətindəki kəskin dəyişikliklər, pandemiyanın yaratdığ fəsadlar və s. bütün dünyada olduğu kimi, Azərbaycan iqtisadiyyatında da öz dərin izini buraxmaqdadır.

“AzPolitika.info” iqtisadçı, Milli Məclisin deputatı Əli Məsimliyə Azərbaycan iqtisadiyyatının hazırkı durumu, pandemiyanın və neft qiymətlərinin ona təsirləri və digər iqtisadi mövzularla bağlı suallar ünvanlayıb. Onunla müsahibəni təqdim edirik:

– Əli müəllim, apreldə dünya bazarında neftin qiyməti az qala 18 dollara düşmüşdü. Hazırda qiymət 40 dollar civarında dəyişir. Neft bazarında son durumu necə qiymətləndirirsiniz və perspektivdə hansı ssenarilər müşahidə oluna bilər?

– Neftə münasibətdə proqnoz verərkən nəzərə almaq lazımdır ki, neft təkcə iqtisadiyyat deyil, həm də siyasətdir. Hətta siyasətdən də daha çox geopolitikadır və dünya dövlətlərinin öz maraqlarını reallaşdırmaq alətidir. Digər tərəfdən, əgər biz neftin qiymətinin formalaşdırdığı birjalara nəzər salsaq görərik ki, ora çıxarılan neft əslində dünyada satılan neftin cəmi bir neçə faizini təşkil edir. Burada siyasi, geopolitik, iqtisadi və digər amillərlə yanaşı spekulyativ amillərin də rolu olur. Bu baxımdan Azərbaycan üçün neftin qiyməti hər zaman aktualdır. Çünki Azərbaycan iqtisadiyyatında neft sahəsi aparıcı rola malikdir, bizim büdcəmizin, eksportumuzun xeyli hissəsi neftləəlaqəlidir.

Koronavirus pandemiyası ortaya çıxandan sonra neft ölkəsi kimi Azərbaycan əslində iki zərbə aldı. Bir tərəfdən koronavirusun törətdiyi fəsadlar nəticəsində təcrid siysətinə keçid oldu. Və bundan da iqtisadiyyatın bir çox sahələri zərər çəkdi. Həmçinin, büdcəmizdə neftin 1 barreli 55 dollardan götürülmüşdü, amma dünya bazarında qiymətlər bundan çox-çox aşağı səviyyələrə düşdü. Bu durum uzunmüddətli olsa, iqtisadiyyatın bütün sahələrinə təsir göstərər. Azərbaycan büdcəsi elə qurulub ki, burada neft gəlirləri və Neft Fondundan götürülən vəsait üst-üstə büdcə gəlirlərinin yarıdan çoxunu təşkil edir. Odur ki, neftin qiymətinin neçə dollar olmasından asılı olmayaraq, Neft Fondundan transferlər ayrılacaq. Yəni dünya bazarında neftin qiymətinin büdcə gəlirlərinə birbaşa təsiri yoxdur. Ancaq dolayı təsiri var. Çünki bütün sahələrə az və ya çox dərəcədə neft qiymətlərinin təsirləri mövcuddur.

Bir daha qeyd edim ki, neftin qiymətində siyasi, geosiyasi təsirlərin rolu olduğundan qiymətlərin ziq-zaqlı olması təbidir. Xüsusilə pandemiya dövründə ziq-zaqlar özünü kəskin formada göstərdi. Amma mən sonuncu müsahibəmdə qeyd etmişdim ki, neftin qiymətinin uzun müddət minimum səviyyədə qalması qeyri-mümkündür. Qiymətin aşağı olmasına neft hasil edən dövlətlərin iqtisadiyyatları yalnız bir müddət duruş gətirə bilər. Bu səbəbdən onlar çalışacaqdılar ki, qiymətlər bütün tərəflərə sərf edən səviyyədə olsun. İndi qiymətlərlə bağlı belə bir konsensus yaranıb və tərəflər qiymətdən razıdır.

– Bəs bundan sonra neftin qiymətində ciddi bahalaşma gözlənilirmi?

– Sonuncu dəfə sizin saytınıza demişdim ki, neftin qiyməti kəskin aşağı düşsə də, qısa müddətdən sonra 35 dollar civarında dolaşacaq. Proseslər, xüsusən son dinamika göstərir ki, qiymət 35 dollardan yuxarıya doğru hərəkət edə bilər. Əlavə edim ki, neftin qiymətinin aşağı olması Azərbaycan iqtisadiyyatının xarici konyukturdan və şoklardan asılı oan hissəsinə təsir göstərir. Digər tərəfdən, tədiyyə balansı mexanizmini nəzərə almalıyıq. Əgər tədiyyə balansında mənfi saldo yaranırsa, manata güclü təzyiqlər başlayır. Aşağı qiymətlər uzun müddət davam edəndə, sözsüz ki, hökumət dilema qarşısında qalır.

– Neftin kəskin ucuzlaşması bir müddət davam etdi. Sizcə, Azərbaycan bundan çoxmu itirib?

– Bunu büdcə nisbətində götürmək olar. Bütövlükdə bunun iqtisadi zərərini hesablamaq çətindir. Çünki bu prosesin birbaşa vəəlavə təsirləri var. Biz 2019-cu ilin büdcəsini götürdükdə görərik ki, neftin qiyməti büdcədə nəzərdə tutulandan çox olub. Amma bu, heç də o demək deyil ki, neft şirkəti və beynəlxalq konsorsiumlar adekvat olaraq büdcəyəəlavə vəsait ödəyiblər. Bizdə ciddi təsir adətən manatla bağlıdır. Manata təsir əsasən iki istiqamətdədir. Birinci istiqamət tədiyyə balansı ilə manata təzyiqdir. İkincisi, bizim daha çox ticarət etdiyimiz Rusiya, İran, Türkiyə və digər ölkələrin milli valyutalarında enmələr olur ki, bu halda da təzyiqlər özünü göstərir.

– Manata təzyiqdən söhbət düşmüşkən, devalvasiyanın mümkünlüyü haqqında narahatçılıqlar hələ də var…

– Neftin qiyməti aşağı düşəndə hökumət dilema qarşısında idi. O mənada ki, valyuta ehtiyatarını xərcləmək hesabına manatın nisbi sabitliyini təmin etsin, yoxsa manatın devalvasiyasına gedərək yaranan fərqlərdən uduş əldə etsin. Amma tərəzinin bir gözünə devalvasiyanın yaratdığı fərqdən əldə edilən uduş, digər gözünə isə iqtisadiyyata vəəhaliyə dəyəcək zərbə qoyulur. Məlum məsələdir ki, Azərbaycanda yerli istehsal aşağı olduğundan devalvasiya iqtisadiyyata ciddi zərbə vurur. Bir neçə ay əvvəl devalvasiya daha çox gündəmdə idi, nəinki indi. Neftin qiymətindəki artım devalvasiyanı tam olmasa da, xeyli dərəcədə gündəmdən çıxarır. Yəni devalvasiyaya gedərək hökumətin əldə edəcəyi gəlirlə müqayisədə devalvasiyanın iqtisadiyyata vuracağı zərər qat-qat çoxdur. Odur ki, bu gün devalvasiya haqqında deyil, neftdən kənar sahələrin sürətlə inkişaf etdirilməsi, idxal olunan malların ölkədə istehsal olunması və qeyri-neft sektorunun ixrac potensialının artırılması haqqında düşünmək lazımdır.

Məsələn, ötən il qeyri-neft sektorunun ixrac potensialı 2 milyard dolların altında olub. 2 milyard dollar isə Hollandiya, Avstriya kimi ölkələrin 2-3 ortabab şirkətinin eksportuna bərabərdir. Azərbaycanın potensialı daha çoxdur. Şanslar var, mən bunu havadan demirəm. Biz idxal etdiyimiz məhsulların çoxunu Azərbaycanda istehsal etməklə 3-4 milyard dollar uda bilərik. Eyni zamanda, qeyri-neft sektorunun eksport potensialını artırmaqla daha 3-4 milyard qazanmaq olar. Beləliklə, manatın neftdən asılılığını birdəfəlik aradan qaldıra bilərik. Bu isə Azərbaycan üçün hava-su qədər vacibdir.

Eyni zamanda, biz Azərbaycanı keyfiyyətsiz məhsulların satış poliqonuna aid ölkələr kateqoriyasından çıxarmalıyıq. Kimin ağlına nə gəlirsə, gətirib Azərbaycanda satır. Hazırda ölkəyə uşaqlar üçün təhlükəli mallar gətirilir və məqsəd sadəcə, yüksək gəlir əldə etməkdir. Bunun qarşısını almağın yolları çoxdur. Biz ölkə daxilində ekoloji təmiz məhsullar istehsal etsək, eksport potensialını artırsaq, bunlar insanların güzəranına da müsbət təsir göstərər.

– Ölkə artıq neçə aydır ki, karantin rejimində yaşayır. Sizcə, turizm və digər xidmət sahələri pandemiyaya görə nə qədər ziyan çəkib?

– Konkret rəqəmlər səsləndirmək çətindir. Amma bir tərəfdən özəl sektorda işləyən, digər tərəfdən kiçik biznesi əhatə edən 600 min işçiyə iki ay müddətindəəmək haqqı verilməsindən dolayı nəticələr çıxarmaq olar. Təkcəəmək haqlarının verilməsi üçün həmin qurumlara 100 milyonlarla vəsait lazımdır. Bunun konkret olaraq iqtisadiyyata nə qədər təsir göstərməsinə dair rəsmi məumatlar var. Məsələn, hökumətin rəqəmlərinə görə, iqtisadiyyata dəyən günlük ziyan 120-150 milyon manat civarında götürülüb. Mən də müəyyən araşdırmalar apardım. Azərbaycan iqtisadiyyatının görünən və görünməyən tərəfləri var. Bunları nəzərə aldıqda, hansı hesablama metodologiyasından istifadə edilməsindən asılı olmayaraq demək olar ki, gündəlik ziyan 80-120 milyon manat arasında dəyişir.

– Sizcə, Azərbaycan iqtisadiyyatının pandemiyadan əvvəlki vəziyyətə gətirilməsi üçün nə qədər zamana ehtiyac olacaq?

– Bu, ciddi məsələdir. İnkişaf etmiş ölkələrlə müqayisə aparmaq lazımdır. Pandemiya ilə bağlı rejim yumşalan kimi inkişaf etmiş ölkələrin çoxunda iqtisadiyyat, biznes strukturları rəvan şəkildə hərəkətə başlayacaq. Amma bunu Azərbaycan kimi ölkələrə şamil etmək olmaz. Sərbəstlik verildikdən sonra pandemiyanın təsirinə məruz qalan, amma buna baxmayaraq, özünü ayaq üstə saxlaya bilən müəssisələr fəaliyyətlərini davam etdirəcəklər. Lakin iqtisadiyyatın, biznesin bir hissəsi yaxın aylara, hətta bəlkə heç 1 ilə də özünə gələ bilməyəcək. Məsələn, turizm dayanıb. Hökumət dayanan strukturlara dəstək verən zaman şərt qoymuşdu ki, onlar işçilərini ixtisara salmasınlar. Bu, yaxşı haldır, amma iqtisadiyyatın öz qanunauyğunluqları var. İnzibati yolla özəl sektora “işçiləri ixtisara salma” demək real görünmür. Ayaq üstə dura bilməyən sahələr onsuz da avtomatik olaraq, işçilərini itirmiş olurlar. Bu mənada hökumət öz proqramına, qəbul etdiyi dəstək sənədlərinəəlavələr etməli, ayağa qalxa bilməyən, fəaliyyəti dayanan strukturlara və məcburən işsiz qalan insanlara da dəstəyini ifadə etməlidir.

– Belədə nə qədər insan işini itirə bilər?

– Bizdə sosial statistika istiqamətində problemlər var. Düzdür, rəsmi statistika işləyənlərin, əmək haqqı alanların sayını verir. Ancaq biz hökumətin özünün rəqəmindən çıxış edərək deyə bilərik ki, 600 min işçiyə və işsizə dəstək verdisə, deməli bu, son rəqəm deyil. Rəsmi statistikada göstərilir ki, bizdə işsizlərin sayı 80 min nəfər civarındadır. Amma dəstək proqramına 200 min şəxs cəlb olundu və sonra bu da 3 dəfə artırıldı. Ancaq bu da son rəqəm deyil. Məncə araşdırma davam etdirilməli, işsizlərin statistikası yenidən hazırlanmalıdır.

Digər tərəfdən, bizdə 80 min insanın işsiz olduğu qeyd edilir, amma 2 mindən az insana işsizliyə görə müavinət verilirdi. Sonradan bu rəqəm 20 minə qalxdı. Amma bizdə işsizlərin sayı 80 min nəfər deyil. Konstitusiyada işsiz vətəndaşın hüququ var. İşi yoxdursa, qanunvericilikdə nəzərdə tutulan parametrlərə cavab verirsə işsizliyə görə müavinət almalıdır. Hamını işlə təmin etmək mümkün deyilsə, işsizliyə görə müavinətlə yanaşı ünvanlı sosial yardımın da əhatəsi genişləndirilməlidir. Kimin orta aylıq gəliri minimum ehtiyac meyarından (160 manat) aşağıdırsa, harada yaşamasından asılı olmayaraq, onlara ünvanlı sosial yardım verilməlidir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki