Bizim Tibb Universitetini qurtaranlar həkim ola bilmir – Millət vəkilibackend

Bizim Tibb Universitetini qurtaranlar həkim ola bilmir – Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu gün repetitor yanına getməyən uşaq ali məktəbə qəbul ola bilmir. İllər öncə 11-ci sinifdə təhsil alan cəmi bir neçə şagird repetitor yanına gedirdisə, hazırda bu, kütləvi hal alıb. İndi hətta ibtidai sinifdən başlayaraq şagirdlər repetitor yanına gedirlər. Amma o da faktır ki, repetitor yanında hazılaşan şagirdlərin əksəriyyəti ali məktəbə daxil olur. Repetitor yanına getmədən imtahanda uğur qazanan abituriyentlər isə barmaqla sayılacaq qədərdir”.
Bu fikirləri Bakupost.az -a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.Onun sözlərinə görə, orta məktəbləri tələbə hazırlayan məktəblərə çevirməliyik:
“Ardınca da universitetlərə muxtariyyat verməliyik ki, orda yaxşı müəllimlər dərs desin. Uşaq ali məktəbə daxil olanda təhsildən sönməsin. 600-dən yuxarı bal toplayıb ali məktəbə gedir, bitirəndə heç nəyə nail ola bilmir. Bizim Tibb Universitetini qutaran gedib Türkiyədə rezidentura keçməsə, həkim ola bilmir. Bu standartlarla həkim yetişmək mümkün deyil. Budur bizim əsas problemimiz. Mütəxəssis olmaq üçün xarici ölkədə oxumalısan”.