Bizə də onlar tutulanda söyüb stress atmaq qalacaq… – Ekspertbackend

Bizə də onlar tutulanda söyüb stress atmaq qalacaq… – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Rayon icra hakimiyyətləri təsisat olaraq ləğv edilməli, 10-12 inzibati vilayət yaradılmalıdır”.
TİA.AZ xəbər verir ki, iqtisadçı ekspert Qadir İbrahimli belə bir təkliflə çıxış edib. Ekspert bildirib ki, vilayətin başçısı seçki ilə seçilməli və sakinlər qarşısnda hesabat verməlidir:
“Eyni zamanda hər vilayətdə müstəqil tv-lərin açılmasına şərait yaradılmalıdır. Yalnız bu halda regionlarda fantastik korrupsiya əməllərinə son qoyula bilər. Yoxsa mütəmadi olaraq Alimpaşalar peydə olacaq, milyonları oğurlayacaq, bizə də onlar həbs olunanda söyüb stress atmaq qalacaq! Hər dəfə icra başçısı həbs olunanda və oğurladıqları üzə çıxanda şoka düşürsünüz. Guya qalan icra başçıları maaşla dolanırdı… Problem idarəçilik sistemindədir. İcra başçısının sakinlər qarşısında heç bir mənəvi-hüquqi məsuliyyəti yoxdur. Bu da onları balaca padşahlara çevirir”.