Bizdə də mövsünə erkən yekun vurula bilər – Avrokuboklara kimlər gedəcək?backend

Bizdə də mövsünə erkən yekun vurula bilər – Avrokuboklara kimlər gedəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019/20 Azərbaycan Premyer Liqasının erkən başa vurulması ehtimalı var.

Prezident İlham Əliyev dünən Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılış mərasimində çıxışında bildirib ki, Azərbaycanda mayın 31-dək tətbiq olunan karantin rejimi yenidən uzadıla və sərtləşdirilə bilər. Əgər koronavirusa yoluxanların sayında artım müşahidə olarsa, bu halda mayın 31-dən sonra da karantin rejimi uzadılacaq və futbol da daxil olmaqla kütləvi yarışların keçirilməsi iyun ayında belə mümkün olmayacaq.

Mayın 25-dək isə UEFA-ya rəsmən bildirilməlidir ki, çempionat və kubok yarışı başa çatacaq, ya yox?.. Hazırda AFFA və Peşəkar Futbol Liqasının rəhbərliyi qeyri-müəyyən durumdadır.

Bəs, Azərbaycan Premyer Liqası erkən başa vurulsa, bu halda Avropa kuboklarına kimlər gedəcək? Hazırda iki versiya daha realdır.

Birinci versiya

8 xallıq fərqlə lider olan “Qarabağ” çempion elan edilir və Çempionlar Liqasına gedir. 2, 3 və 4-cü (kubokun qalibi kimi) yerdə qərarlaşan komandalar isə Avroliqada oynamaq hüququ əldə edir.

İkinci versiya

Çempion elan edilmir. Amma hazırkı lider Qarabağ ÇL-ə, müvafiq olaraq sonrakı 3 pillədə qərarlaşan “Neftçi”, “Keşlə” və “Sumqayıt” AL-ə gedir.

Bununla belə, kuboka dördüncü vəsiqənin “Sumqayıt”a verilməsi mübahisə mövzusu ola bilər. Çünki “Sumqayıt” kimi “Zirə”nin də 23 xalı var və yalnız şəxsi matçlara görə onlar beşinci yerdədir. “Sabah”, “Səbail”in 20, “Qəbələ” isə 19 xal toplayıb. Çempionatın bitməsi 8 tur qaldığını nəzərə alsaq, onların da mümkün qərara etiraz etmək hüququ var. Amma məlum səbəblərdən həmin klubların da güzəştə gedəcəyi ehtimalı yüksəkdir.

Hazırkı durumda Azərbaycan kubokunun oyunları davam etdirilməsi real görünmür. Əgər mövsüm erkən başa vurulsa, təbii ki, yarımfinaldan dayandırılmış kubok oyunları da böyük ehtimal keçirilməyəcək. Bu halda kubokun qalibi qismində Avropa kubokuna turnir cədvəlində 4-cü yerdə qərarlaşan hazırkı komanda  – “Sumqayıt” gedəcək.

Düzdür, başqa variantlar da ola bilər. Amma çempionat bərpa olunmasa, daha real variant kimi bunlar görünür.

Xatırladaq ki, koronavirus pandemiyasına görə Avropanın nüfuzlu çempionatlarından Fransada liqasında mövsüm erkən başa vurulub və PSJ çempion elan edilib. Niderlandda isə mövsüm vaxtında əvvəl dayandırılsa da, çempion elan edilməyib. Amma turnir cədvəlində komandaların tutduqları yerə uyğun olaraq onlara avrokuboklarda iştirak hüququ verilib.