Biz yazışdıq, o, 7 milyard dollar qazandıbackend

Biz yazışdıq, o, 7 milyard dollar qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Whatsappın qurucu ortağı 7 milyard dollarlıq sərvətini kimə xərcləyir?

Dünyanın ən populyar mesajlaşma sistemlərindən olan WhatsApp’ın digər qurucusu Brayan Acton, qurduğu şirkətdən ayrılandan sonra insanların həyatını yaxşılaşdırmaq üçün bir sıra işlər qurub. Keçmiş dostu Jan Koum ilə birlikdə WhatsApp’ı quran Brayan Acton, Silikon Vadisində problemləri həll edən, çıxış yolu tapan adam olaraq tanınır.

Yahoo’da yan-yana çalışan Acton və Koum, daha sonra Cənubi Amerikaya gediblər. Yenidən şimali Amerikaya qayıtmaq üçün Facebookda işlə bağlı müraciət edən cütlük rədd cavabı alıb. Bundan sonra 2009-cu ildə WhatsApp’ı inkişaf etdirən cütlük 2014-cü ildə şirkəti 22 milyon dollar qarşılığında onları işə götürməyi rədd edən Facebooka satıblar. Acton bu satıştan 3 milyard dollar qazanıb. Actonun sərvəti geridə qalan 4 ildə ikiyə qatlandı. 2014-cü ildə WhatsApp’ı satdıqları zaman 3 milyard dollar qazanan Acton, hazırda 7 milyard dollarlıq bir sərvətə sahibdir.

Actonun xeyriyyə işlərinə ilk addımı 2014-cü ildə həyat yoldaşı Tegan Acton ilə birlikdə başlatdıqları Sunlight Giving oldu. Aşağı gəlirli və uşaqlı ailələrin bəsit ehtiyaclarını təmin etmək üçün qurulan bu qurum hər il büdcəsini artıraraq Bay Area bölgəsindəki ailələrə yardım əlini uzadır. Qurum 2017-ci ildə xeyriyyə işləri üçün 23,6 milyon dollar xərcləyib.

Sunlight Givinglə eyni zamanda Acton daha bir xeyriyyə təşkilatı olan Family Giving’lə də fəaliyyətə başlayıb. Bu qurum Acton ailəsinin əhatəsindəki insanlar tərəfindən qurulan xeyriyyə işlərini dəstəkləyir. Bunlar arasında nəsli tükənməkdə olan heyvanların qorunması və uşaqlara təbiətə qarşı empatiyanın aşılanması kimi vəzifələr var.

Son olaraq keçən ay yeni qurulan və gəlir məqsədi güdməyən qurum olan Signal Foundationa 50 milyon dollarlıq sərmayə qoyub. Signal Foundation, Signal adlı yeni sistemlə istifadəçilərə etibarlı və gizlilik missiyası olan bir anlıq ünsiyyət təcrübəsi təqdim etməyi planlaşdırır.

Sevinc,