“Biz, Rusiyaya qarşı 1000 ildir döyüşürük” – Ukraynalı siyasətçibackend

“Biz, Rusiyaya qarşı 1000 ildir döyüşürük” – Ukraynalı siyasətçi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna-Rusiya müharibəsi 2014-cü ildən yox, Kiyev Rus dövləti vaxtlarından üzübəri uzanır. Bu barədə siyasətçi Viktor Taran öz məqaləsində yazır.

«1148-1154 – Rostov-Suzdal knyazı Yuri Dolqoruki və Volın knyazı İzyaslav Metislavoviç arasında Kiyev uğrunda, 1160 – Kiyevin Andrey Boqolyubski tərəfindən məhv edilməsi, 1173 – Vışqorod ətrafında Boqolyubski və böyük Kiyev knyazı Yaroslav İzyaslavoviçin başçılığı altında Ukrayna ordusu, 1487-1494 – Moskva knyazlığı və Krım xanlığının Böyük Litva knyazlığı (Ukrayna buraya daxil idi), 1493- Menqeli-Girey xan və 3-cü İvanın Kiyev üzərinə yürüşü, 1514 – Konstantin Ostorojskinin Ukrayna ordusunun Moskva ordusu üzərində Orşa ətrafındakı qələbəsi, 1561-1583 – Ukrayna kazaklarının Moskvaya qarşı Livon müharibəsində, 1609-1610 – Ukrayna kazakları Polşa-Rusiya müharibəsində Reçi Posoltin tərəfində iştirak edir. 1610-cu ildə Kluşindəki döyüşdə getman Stanislav Jolkevskinin 7 minlik Polşa-Ukrayna ordusu 35 minlik rus ordusunu məhv edib, Moskva çarı Vasili Quyski taxtdan salınıb, 1618 – Zaporojye ordusu getman Saqaydaçnının komandanlığı altında Kurskı, Smolenski, indiki Moskva ətrafının bir hissəsini ələ keçirib və Moskvaya çatıb, 1632-1634 – Zaporojye kazakları Smolenski ələ keçirib…» – müəllif yazır.

Siyasətçinin sözlərinə görə, «Ukrayna-Rusiya müharibəsinin yeni mərhələsi 1654-cü ildə Pereyeslav radasından dərhal sonra başlayıb. 1658-ci ildə İvan VoIqovskinin kazak dövləti Moskva çarlığının qarşısını alır, 1660-cı ildə getman Yuri Xmelnitski Çudinov altında rus voyevodası Şeremetyevin ordusunu dağıdıb. 1676-cı ildə Ukrayna getmanı Pyotr Droşenko Türkiyənin tərəfində Rusiyaya qarşı müharibəyə girib. 1708-ci ildə getman İvan Mazepa 1-i Pyotra qarşı hərbi fəaliyyətə başlayıb».

«Şimal müharibəsində Rusiyanın qələbəsi Rusiya tərəfindən Ukrayna məsələsinin yekun həllini şərtləndirdi. Baturin getman paytaxtı məhv edildi, qaydukların üsyanı boğuldu, Zoporojye Seçi ləğv olundu» – Taran bildirir.

O, iddia edir ki, «Rusiya tərəfindən Ukrayna xalqına qarşı həyata keçirilən genosid ukraynalıları işğala qarşı daha da fəal mübarizəyə itələdi». Onun sözlərinə görə, Ukrayna kazakları Krım müharibəsində Rusiyaya qarşı döyüşüblər. Əslində Dunayda yaşayan köhnə xristianlar-nekrasovçular, Donda Kondrati Bulavinin başçılığı altında baş vermiş üsyanın iştirakçılarının davamçıları Türkiyənin müttəfiqi olublar.

Viktor Tran hesab edir ki, Ukrayna Rusiya üzərində yeni qələbələrə Rusiya imperiyası parçalanandan sonra başlayıb. O, xatırladıb ki, 1917-ci ildə Kiyevdə Mərkəzi rada Ukraynanın müstəqilliyini elan edib – o zaman «bütün Ukrayna praktiki olaraq, rusiyayönlü elementlərdən təmizlənib». 1917-1921-ci illərdə Ukrayna eyni vaxtda həm sovet Rusiyasına qarşı, həm də Anton Denikinin ağqvardiyaçılarına qarşı xeyli uğurlu müharibə aparıb. Ukraynada sovet hakimiyyəti qurulandan sonra, «Ukrayna vətənpərvərləri gizli fəaliyyətə keçib və bu şəraitdə rəşadətli mübarizəni davam etdirib. 1941-ci ildən 1953-cü ilə qədər Ukrayna üsyançı ordusu cəbhədə və arxada Sovet İttifaqına qarşı vuruşub» – Taran bildirib.

«Görünüyü kimi, Ukrayna və Rusiya münasibətlərinin tarixi daimi müharibələr tarixi olub və demək olar ki, 1000 ildir davam edib. Hətta bu gün də biz, döyüşməli oluruq ki, öz dövlətçiliyimizi və identikliyimizi qoruyaq. Amma gec-tez yekun qələbə bizim olacaq» – deyə, Taran öz məqaləsini başa vurur.

Ruscadan çevirdi: Mirzə AĞ