“Biz real həyata o vaxt qayıdacağıq ki…” – Professorbackend

“Biz real həyata o vaxt qayıdacağıq ki…” – Professor

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Biz real həyata o vaxt qayıdacağıq ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiyanın son zəngi çalınsın”. 
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, ÜST-ün belə bəyanatı olmadığı təqdirdə karantin tədbirlərini həyata keçirməyə davam etməliyik:
 
“Hətta bu ölkədə epidemioloji  vəziyyət tam sağlamlaşsa da, biz izolyasiya olunmuş yerdə deyil, qloballaşan dünyada yaşayırıq. Bu baxımdan hesab edirəm ki, karantin davranışları sona kimi gözlənilməlidir. Hətta vaksin vurduranlar, xəstələnənlər karantin davranışlarına əməl etməyə borcludurlar”.
Adil Qeybulla hesab edir ki, kütləvi tədbirlərə başlamaq üçün yetərincə resurslar olmalıdır:
“Tam arxayınçılıq olmalıdır ki, biz problemlə üzləşməyək. Belə bir vəziyyətin yaranacağı təqdirdə hesab edirəm ki,  kütləvi tədbirlərə başlaya bilərik. Toylar və müxtəlif tədbirlər və s. bunlar müəyyən bir formatda, yəni, say və onun həyata keçirilməsinin mexanizmi baxımından həyata keçirilə bilər. Məsələn, havalar istiləşməyə doğru gedirsə, ola bilər ki, tədbirlər açıq havada keçirilsin. Yaxud da epidemioloji vəziyyətə uyğun olaraq seçiləcək. Getdikcə yumşalmalar artacaq. Yəqin ki, biz real həyata yavaş-yavaş qaynayıb-qarışacayıq. Birmənalı olaraq pandemiya başa çatmamış karantini yaddan çıxarmamalıyıq”.