Bitkoinin qiyməti 40 min dolları keçdibackend

Bitkoinin qiyməti 40 min dolları keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın aparıcı kriptovalyutası – bitkoinin qiyməti 40 min ABŞ dollarını keçib.

TİA.AZ Report.az-a istinadən xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 7,2%, son 7 gün ərzində isə 27,3 bahalaşıb. Nəticədə onun kapitallaşması 748,3 milyard dollara çatıb.

Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 3,4% artaraq 2 307 dollar olub. İlk onluqda qərarlaşan altkoinlərdən ən böyük artım isə “XPR”də olub.

Kriptovalyuta bazarının toplam dəyəri isə 1,557 trilyon dollara çatıb.