Bişkek ən çirkli havası olan şəhərlər siyahısına başçılıq edirbackend

Bişkek ən çirkli havası olan şəhərlər siyahısına başçılıq edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“World Air Quality” layihəsi stansiyalarının ölçmə apardığı dünya şəhərləri siyahısında ən çirkli hava Qırğız Respublikasının paytaxtı Bişkek şəhərindədir.

TİA.AZ  “İnterfaks”a istinadən xəbər verir ki, Bişkekin havasında PM2.5 hissəciklərinin konsentrasiyası hər kubmetrə 259 mikroqram (mkq) təşkil edir ki, bu da dünya üzrə normanı 10 dəfədən çox üstələyir.

Siyahıda ikinci yeri Hindistanın Dehli (hər kubmetrə 202 mkq), üçüncü pilləni Pakistanın Lahor şəhəri (167 mkq) tutur. Növbəti yerlərdə Hindistanın Kəlküttə (155 mkq) və Pakistanın Karaçi şəhərləri (153 mkq) qərarlaşıb.

Ümumdünya Səhiyyə Təşkilatının normalarına əsasən PM2.5 hissəciklərinin orta gündəlik konsentrasiya səviyyəsi hər kubmetrə 25 mkq-dan çox olmamalıdır.