Tribuna İnformasiya Agentliyi

Birləşmiş Ştatlar Suriyanın paytaxtı Dəməşqə raket zərbələri endirib

14 Aprel

Birləşmiş Ştatların silahlı qüvvələri prezident Donald Trampın göstərişindən sonra Suriyanın paytaxtı Dəməşqə ilk raket zərbələrini endirib.

“Report” xəbər verir ki, bu barədə hadisə şahidlərinə istinadən “Reuters” məlumat yayıb.

Bildirilir ki, şəhərdə partlayış səsləri eşidilir, tüstü görünür.

Partlayışlar ABŞ prezidentinin Şərqi Qutada kimyəvi silah tətbiqinə cavab olaraq Suriyaya qarşı hərbi əməliyyatlara başlanması barədə əmrindən dərhal sonra baş verib.

SANA agentliyinin məlumatına görə, Suriyanın hava hücumundan müdafiə sistemləri ABŞ, Fransa və Böyük Britaniya hərbi qüvvələrinin Dəməşqə endirdiyi raket zərbələrinin qarşısını alır.