Bir sözə görə tanınmış jurnalist niyə həbs olundu?backend

Bir sözə görə tanınmış jurnalist niyə həbs olundu?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həbsdə olan jurnalist, Xalq.az və Bakutime.az portallarının baş redaktoru, “Dünya Azərbaycanlıları” İctimai Maarif Mərkəzinin təsisçisi və direktoru Zaur Mirzə-zadə Bakı Appelyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun qanunsuz əməlləri ilə bağlı ölkə ictimaiyyətinə müraciət edib.

TİA.AZ jurnalistin müraciətini olduğu kimi yayıblayıb.

Müraciətdə  deyilir:

17.05.2022-ci ildə Bakı Appelyasiya Məhkəməsinin hakimi Faiq Qasımov barəmdə heç bir əsas olmadan beş il müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarıb. Hansı ki, bu qərardan cəmi altı ay öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyevin sədrliyi ilə hakimlər İlham Mahmudov və Faiq Qəniyev tərəfindən 2021-ci ilin noyabr ayının 8 də iddiaya hüquq baxış zamanı günahsızlığım sübuta yetirilmişdi.

Baxmayaraq ki, mən günahsız idim və mənə heç bir aidiyyatı olmayan əmələ görə ittiham edilirdim, Faiq Qasımov cinayətdə iştirak edən Bakı Əmlak Məsələləri Dövlət Xidmətinin keçmiş əməkdaşı Aygün Tahir qızı Tarverdiyevanı rüşvət müqabilində azadlıqda saxlayaraq, məni həbsə məhkum etdi. Ən dəhşətlisi isə odur ki, ədaləti təmin etməli olan hakim faktları təhrif etməklə məni şərlədi. Nəticədə üç azyaşlı övladım atasız yaşamaq məcburiyyətində qalıb. Mən isə heç bir günahım olmadan məhbus həyatı yaşamağa məhkum olmuşam.

Hadisədən dərhal sonra Faiq Qasımov bəzi mətbuat orqanlarına mənim həbsimlə bağlı məlumat göndərdi və həmin saxta xəbərlər sürətlə tirajlanmağa başladı. Guya ki, mən Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə şərti cəzaya layiq görülmüşəm. Əslində isə qeyd etdiyim kimi, Ağır Cinayətlər Məhkəməsi mənim günahsız olduğumu əsas götürərək, barəmdə bəraət hökmü verib.

Zaur Mirzəzadə həbs edildi Yeni Sabah

Çox təəssüf ki, bu gün də Azərbaycanda öz peşəsinə yaraşmayan hərəkətlərə yol verən, qanunsuz fəaliyyəti ilə ölkəmizin hüquq sisteminin adına utanc gətirən hakimlər mövcuddur. Faiq Qasımov korrupsiya xəstəliyindən hələ də sağalmayanlardab biri olaraq maddi maraq qarşılığında faktları təhrif edərək, mənim azadlıq hüququmu əlimdən aldı. Qeyd edirəm ki, Bakı Appelyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun əsl cinayətkardan rüşvət alaraq mənim barəmdə həbs qərarı çıxarması faktı ilə barışmayacaq və buna qarşı sona qədər mübarizə aparacağam”.