Bir şirkət üzərindən daşımanı həyata keçirmək doğru deyil – Sabiq deputatbackend

Bir şirkət üzərindən daşımanı həyata keçirmək doğru deyil – Sabiq deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Hesab edirəm ki, bir şirkət üzərindən daşımanı həyata keçirmək doğru addım deyil”.
Bunu  açıqlamasında iqtisadçı-alim, sabiq deputat Nazim Bəydəmirli deyib. Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinin tərkibində “BakuBus” nəqliyyat şirkəti daha çox dövlət büdcəsi vəsaiti hesabına “avtopark” yeniləyir, bahalı avtobuslardan istifadə edir, alış-veriş həyata keçirir:

 

 

“Azərbaycanda maliyyə, tarif mexanizmi və qiymətlərin tətbiqi ilə bağlı hər hansı məlumat yayıldıqda ictimai fikirdə ancaq qiymətlərin bahalaşması gəlir ağıla. Çünki idarəetmə prinsipləri elə tənzimlənir ki, göstərilən xidmətlərə görə maya dəyəri şişirdilir və nəticə etibari ilə o vətəndaşlardan çıxarılır. Bu, Metropoliten və avtobuslarda da belədir. Təəssüf edirəm ki, Metropoliten başda olmaqla ictimai nəqliyyatda maya dəyərinin necə formalaşması haqqında müstəqil audit yoxdur. Aşağı-yuxarı müxtəlif zamanlarda Metropoliten rəhbərliyi  sərnişin daşımalarının maya dəyərinin çox yüksək olduğunu qeyd edir. Bəzən bunun 60-70 qəpik olduğunu etiraf edirlər. Dövlət büdcəsindən daha çox subsid almaq üçün rəqəmləri belə şişirdirlər. Biz dünya təcrübəsinə baxdıqda görürük ki, müxtəlif tarif mexanizmləri var. İctimai nəqliyyatda olma müddəti ilə müəyyən olunan tariflər və yaxud bir neçə marşrut dəyişməklə vahid ödəmə sistemləri… Bu sistemlər çərçivəsində güzəştlər, abunəlik var, müxtəlif kateqoriyadan olan vətəndaşlara güzəştlər mövcuddur”.
Ekspert hesab edir ki, vahid tarifin olması bəzən ziyandır, bəzənsə daha uyğundur:
“Adətən bizim ölkə pis təcrübələrdən yararlanır. Yerüstü nəqliyyatda çox təəssüf ki, daha çox dövlət monopoliyası üzə çıxır. Alternativ olmadan istəlinən yaxşı ənənə də pis idarəçiliyə gətirib çıxarır. Ona görə rəqabətli mühit təmin etmək lazımdır”.