Bir sıra sahələrdə işçi sayı məhdudiyyətləri ləğv olundubackend

Bir sıra sahələrdə işçi sayı məhdudiyyətləri ləğv olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən bəzi sahələrdə işləyənlərin sayına qoyulan məhdudiyyətlər ləğv olunub.

TİA.AZ xəbər verir ki, bəzi sahələrdəki işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilib.

Bu sahələrə aşağıdakılar daxildir:

–    Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

–    Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

–    Mühəndislik və layihələndirmə xidmətləri;

–    Qablaşdırma məhsullarının istehsalı;

–    Daş, metal və taxta məhsullarının istehsalı;

–    Mebel istehsalı və təmiri;

–    Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

–    Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;

–    Onlayn satışlar;

–    Kimyəvi təmizləmə;

–    Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

–    Avtomobillərin təmiri;

–    Avtomobil yuyulma məntəqələri;

–    Heyvan sığınacaqları;

–    Tərcümə xidmətləri.