Bir şəklin tarixçəsi: Vəli Axundov, Nikita Xruşşov, Niyazi, Qara Qarayev… və TORBATİKƏNbackend

Bir şəklin tarixçəsi: Vəli Axundov, Nikita Xruşşov, Niyazi, Qara Qarayev… və TORBATİKƏN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Modern.az saytı “Bir şəklin tarixçəsi” rubrikasında yaxın tariximizə dair bir maraqlı fotoşəkili şərh edir.

…1960-cı ilin apreli. Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 40 illiyi qeyd olunur. SSRİ rəhbəri Nikita Xruşşov Bakıdadır…

Bu fotoya diqqətlə baxın. Soldan birinci Azərbaycan rəhbəri Vəli Axundov dayanıb. Sonra Xruşşov. Daha sonra Maestro Niyazi və bəstəkar Qara Qarayev. Amma çoxlarının tanımadığı bir adam da var bu fotoda. Arxada, sağda dayanmış Vladimir Semiçasnıy.

O zamanlar bu adam Azərbaycan Kommunist Partiyasında ikinci şəxs idi. Gənc partiya rəhbəri sonralar SSRİ DTK-nın sədri oldu və 1964-cü ildə Xruşşovun torbasını tikənlərdən biri kimi tanındı.