Bir ildə 90 min azərbaycanlı ABŞ-a köçmək istədi – Gənclər niyə ölkədən qaçır?backend

Bir ildə 90 min azərbaycanlı ABŞ-a köçmək istədi – Gənclər niyə ölkədən qaçır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən il ABŞ-da yaşamaq üçün 90 min Azərbaycan vətəndaşı müraciət edib. Müraciət edənlərin çoxu 1990-cı illərdə doğulmuş şəxslərdirlər. Ən cavan “Green card” qalibinin 17 yaşı var.
 
Sual yaranır ki, niyə insanlarımız ölkədən getmək istəyirlər? Təbii resurslarla zəngin və müharibədən qalib çıxan bir ölkənin insanı niyə Azərbaycandan getmək üçün yollar axtarır?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlama verib.
Ekspert mövzunun həlli ilə bağlı müəyyən tədbirlərin vacibliyini qeyd edib:
“Gənc nəslin təhsil və ya iş yerləri ilə bağlı ölkədən köçmək üçün axtardığı imkanlar çoxdan başlayan bir trenddir. Təəssüf ki, bu tendensiya bu gün də davam edir. Ölkədə özünü realizə etmək üçün imkanların məhdud olduğunu hiss edən gənclik, əsasən də təhsilli insanlar ölkədən çıxmağa cəhd edirlər. Bu, təəssüf doğurur. Çünki Azərbaycanın intellektual potensialını, iş gücünü azaldan faktorlardan biridir. Bunlar hökumətin düşünməsi üçün kifayət qədər əsaslar yaradır. Ölkədə biznes mühitinin yaxşı olması, elmi potensialın açılması üçün imkanların olması vacibdir. Belə olduqda gənclər öz gələcəklərini Azərbaycanla asossiasiya edəcək. Ona görə də hökumət bu haqda tədbirlər görməlidir. Bunun əsas istiqamətləri elm və biznes azadlıqlarının genişləndirilməsi, rəqabətli mühitin yaradılmasıdır. Bütün bunlar vətəndaşları və gəlcəklərini ölkəyə bağlayan ciddi faktora çevrilə bilər. Təəssüf ki, bununla bağlı ciddi problemlər var”.