Bir il sonra dəhşətli cinayətin üstü açıldı: Qadını ögey oğlu öldürübmüşbackend

Bir il sonra dəhşətli cinayətin üstü açıldı: Qadını ögey oğlu öldürübmüş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prokurorluq orqanları tərəfindən əvvəlki illərdən bağlı qalmış daha bir ağır cinayətin üstü açılıb.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, 9 may 2021-ci il tarixdə Cəlilabad rayonu, Zərbiəlli kənd sakini 1954-cü il təvəllüdlü Gülgəz Əsədovanın qeyri-aşkar şəraitdə xəsarət alması və aldığı xəsarətlər nəticəsində 27 may 2021-ci il tarixdə ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb.
Cinayət işi yenidən öyrənildikdən sonra 6 aprel 2022-ci il tarixdə dayandırılmış icraat təzələnməklə istintaq davam etdirilib.
İstintaqla zərərçəkmişin ögey oğlu 1967-ci il təvəllüdlü Sabir Əsədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı birgə yaşadıqları evdə təpiklə Gülgəz Əsədovanın sol ayaq nahiyəsinə xəsarətlər yetirməsi, sonuncunun yetirilən xəsarətlər nəticəsində yaranan ağciyər arteriyasının tromboemboliyası səbəbindən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış mötəbər sübutlar əsasında 16 iyul 2022-ci il tarixdə Sabir Əsədova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.