Bir gündə insan beynində neçə fikir yaranır? – Alimlər hesabladıbackend

Bir gündə insan beynində neçə fikir yaranır? – Alimlər hesabladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Elm adamları bir insanın başında bir gündə ortalama neçə fikrin meydana gəldiyini öyrənib. 
Qaynarinfo xəbər verir ki, hesablama üçün Kanadadakı Kraliça Universitetinin psixoloqlar qrupu bir insanın diqqətinin konkret bir fikrə cəmləndiyi zaman müəyyən məqamları təyin etmə metodundan istifadə ediblər. Bu haqda “Nature Communications” jurnalında dərc edilən materialda danışılır.
Mütəxəssislər bir fikrin harada bitdiyini, digərinin harada başladığını müəyyənləşdirməyi öyrəniblər. Onların fikrincə, beyin hər an bu vəziyyət məkanında fərqli mövqelər tutur. “İnsan yeni bir düşüncə tərzinə keçəndə, indi aşkar edilə bilən bir tranzit “fikir qurdu” meydana gəlir”, – ekspertlərin hesabatından deyilir.
Qeyd edilir ki, bu fenomen film seyr edərkən yeni hadisələrlə də eyni şəkildə baş verir – qurd-fikirlərin peyda olması keçid rolunu oynayır.
Ümumilikdə, hər gün bir insanın başında orta hesabla 6200 fikir yaranır.