Tribuna İnformasiya Agentliyi

Bir gündə 3 ağlasığmaz cinayət: Adam oğurluğu və şantaj – VİDEO

14 İyun

Ağdaşda həmyerlilərini oğurlayan şəxslər saxlanılıblar.

ARB TV xəbər verir ki, hadisə iyunun 12-də baş verib.

Rayonun Korarx kəndinin ərazisində rayon sakini Rövşən Xəlilov Maqsud Mustafayevlə birgə həmkəndlisi Abdullayevanı oğurlayıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü – adam oğurluğu maddəsi ilə cinayət işi başlanmışdır. Nəticədə polisin uğurlu əməliyyatı ilə Rövşən Xəlilov və Maqsud Mustafayev yaxalanaraq istintaqa təhvil veriliblər.

Daha bir cinayətkar küt alətlə xəsarət yetirərək zərərçəkənin telefonunu götürüb.

Paytaxtda Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 8-də Asif Əliyevə küt alətlə xəsarət yetirib, mobil telefonunu almaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vahid Baxşıyev və Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Ağabala Eyyubov əməllərinə görə qanun qarşısında cavab verməli olacaqlar.

Mingəçevirdə də rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 1000 manat verməsini tələb edən şəxs saxlanılıb.

Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini Əlibabayev isə həmyerlisinin hədəsinə məruz qaldığını bildirib. Onun iddiasına əsasən Mürşüd Məmmədov barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 1000 manat verməsini tələb edib. Polis şikayətin həqiqətə uyub-uymadığını araşdırıb. Nəticədə Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.