Tribuna İnformasiya Agentliyi

Bir gündə 10 nəfər edam edildi: eyni maddə ilə ittiham olunublar

23 İyun
Çinin cənubunda yerləşən Quanqdonq əyalətinin Şanvey şəhərində məhkəmə narkotik ticarətində ittiham olunan 10 nəfər barəsində ölüm hökmü çıxarıb.
TİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, hökmün verilməsinin ardından ittiham olunan şəxslər edam edilib.
Qeyd edək ki, narkotik ticarəti Çində ağır cinayət əməli hesab edilir və qanunvericiliyin tələblərinə əsasən məhkəmələr bu tip cinayət işlərində çox vaxt edam hökmü çıxarırlar.