Tribuna İnformasiya Agentliyi

“Bir dəfə Hollivudda” filmi Çində qadağan edildi

19 Oktyabr

Çində rejissor Kventin Torantinonun “Bir dəfə Hollivudda” filminin nümayişi qadağan olunub. “Qafqazinfo”nun “Variety”ə istinadən məlumatına görə, buna səbəb Brüs Linin qızı Şennon Emerinin Kinematoqrafiya məsələləri üzrə Dövlət Administrasiyasına şikayət etməsi olub.

Aktyorun qızı ekran işində atasının komik vəziyyətdə, Bred Pittin canlandırdığı obrazla döyüşdə məğlub olmuş kimi göstərilməsindən narazı olduğunu bildirib.

Çinlilər, çox güman, Tarantinonun 9-cu filmini oradan mübahisəli hissənin çıxarılmasından sonra görə biləcək.

Qeyd edək ki, film 1969-cu ildə Hollivudda baş vermiş hadisələrdən bəhs edir. Ekran işində Leonardo DiKaprio, Marqo Robbi, Timoti Olifant, Al Paçino və digərləri rol alıb.