BİNƏQƏDİ İCRA BAŞÇISINA XANIM MÜAVİN TƏYİN EDİLİB-ÖZƏLbackend

BİNƏQƏDİ İCRA BAŞÇISINA XANIM MÜAVİN TƏYİN EDİLİB-ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısına yeni xanım müavin təyin edildi.

TİA.AZ-ın əldə etdiyi məlumata görə, bununla bağlı Binəqədi RİH başçısı Elxan Allahverdiyev müvafiq əmr imzalayıb.

İcra başçsının yeni müavini Süleymanova Sevinc Məhəmməd qızıdır. Buna qədər isə adıçəkilən vəzifə vakant idi.

S.Süleymanova bundan öncə uzun illər Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini kimi çalışıb.Sevinc Süleymanova ailəlidir, 3 uşağı var

Xatırladaq ki, Binəqədi RİH başçısının hazırda birinci müavini ilə yanaşı iki müavini olacaq.

TİA.AZ