Tribuna İnformasiya Agentliyi

Binəqədidə azı 10 maşın yağan yağışın qurbanı oldu – SƏBƏB (FOTO)

12 Mart

Bu gün Bakıya yağan yağışlar yenə problemə yol açıb.

Minval.info xəbər verir ki, o qədər kəskin olmayan hava şəraitindən sonra Binəqədidə nəqliyyat vasitələri üçün çətinliklər yaranıb. Eyni adlı qəsəbənin mərkəzində meydana çıxan çatışmazlıq səbəbindən 10-a yaxın avtomobil zərər görüb.

Qəsəbənin mərkəzində “sentralni” adlanan ərazidə kanalizasiya lyukunun qapağının olmaması nəqliyyatın hərəkətinə əngəl yaradıb. Belə ki, bu yoldan istifadə edən sürücülərdən bir neçəsi avtomobillərini həmin lyukdan qaçıra bilməyib. Nəticədə nəqliyyat vasitələri oraya düşüblər. Bu səbəbdən həmin ərazidə bir neçə dəfə nəqliyyat sıxlığı yaranıb.

Hər dəfə ətrafdakı insanların köməyi ilə avtomobillər oradan çıxarılıb.

Qeyd edək ki, bu ərazidə bundan öncə də eyni problem yaşanıb. Məsələ ictimailəşdiriləndən sonra müvafiq addımlar atılıb.