Bill Geyts koronavirus pandemiyasının nə vaxt bitəcəyini dedibackend

Bill Geyts koronavirus pandemiyasının nə vaxt bitəcəyini dedi

Koronavirus pandemiyası yayın əvvəlində başa çatacaq, bundan sonra dünya normala dönməyə başlayacaq.
TİA.AZ xəbər verir ki, bu sözləri “Microsoft”un yaradıcısı, amerikalı milyarder Bill Geyts deyib.
Onun sözlərinə görə, Çindəki müəssisələrin yenidən işləməyə başlaması nikbin düşünməyə əsas verir.
CNBC-yə müsahibəsində iş adamı artıq yay-payız aylarında insanların yenidən istehsal, təhsil və tikinti ilə məşğul olacağını düşündüyünü, ABŞ-dakı məktəb və universitetlərinsə fəaliyyətlərini payızda bərpa edəcəklərinə inandığını bildirib.
Eyni zamanda, Geyts dünyanın tez bir zamanda əvvəlki vəziyyətinə qayıtmayacağını qeyd edib. Onun fikrincə, hökumətin öz sehirli çubuqunu tərpərdib birdən-birə iqtisadiyyatı pandemiyadan əvvəlki vəziyətinə qaytaracağını düşünmək sadəlövhlük olardı.
Bill Gates bildirib ki, indi onun fondu 95%-dən çox effektivliyi olacaq bir terapevtik peyvənd üzərində çalışır. O, əlavə edib ki, bu peyvənd 18 aya kimi hazır olacaq.
Financial Times-a verdiyi müsahibədə milyarder koronavirusu insanların həyatındakı ən ciddi sınaqlardan biri adlandırıb. Onun fikrincə, pandemiya nəzarət altına alındıqdan sonra, bir çox ölkələr gələcək epidemiyaların qarşısını necə alacaqlarını düşünəcəklər. Geyts vurğulayıb ki, “indi hər kəs hər 20 ildən bir yeni virusların yaranması və yayılma riskinin olacağını başa düşür”, çünki indi dünyada səyahət edənlərin sayı həddən artıqdır.
İş adamı infeksiyaların yayılmasının qarşısını almaq, ona diaqnostika və müalicə üçün ehtiyat fondları, vaksinlər hazırlayan laboratoriyalar və sürətli xəbərdarlıq sistemlərinin köməyi ilə hazırlamağın iş-işdən keçəndən sonra trilyonlarla dollar xərcləməkdən daha ucuz başa gələcəyini deyib.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki