Bill Geyts bir daha çipləşdirmə və COVİD-19 peyvəndindən danışdıbackend

Bill Geyts bir daha çipləşdirmə və COVİD-19 peyvəndindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bill Qeyts koronavirus peyvəndi adı altında “insanlara çip yerləşdirmək və onlara nəzarət etmək” istəməsi ilə bağlı xəbərlərə yenidən münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, milyarderin sözlərinə görə, o, COVID-19 üçün peyvənd yaratmaqla insanları izləmək arasında heç bir əlaqə görmür.
CBS News-yə görə, o, peyvəndin ixtirasına inandığını, lakin yalnız bir peyvəndin yetərli olacağına şübhə etdiyini qeyd edib.
Qeyts ABŞ prezidenti Donald Trampı epidemiya ilə mübarizədəki səhvlərinə görə də tənqid edib. Onun fikrincə, Avropa ölkələri infeksiyanın qarşısını daha yaxşı aldılar, çünki hökumətləri “həkimlərlə mübahisə etmir, daha açıqdırlar və vətəndaşları vəziyyət haqqında daim məlumatlandırırlar”.