Biləsuvarda mirkoavtobus aşdı: Ölən və yaralananlar varbackend

Biləsuvarda mirkoavtobus aşdı: Ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Astara-Ələt magistralının 110-cu kilometrliyində, yolun Biləsuvar rayonundan keçən hissəsində baş verən qəzada yaralananların kimliyi və vəziyyəti məlum olub.
TİA.AZ xəbər verir ki, hadisə nəticəsində üç nəfər Biləsuvar Rayon Xəstəxanasına yerləşdirilib.
Məlumatlara görə, Astara sakinləri 2005-ci il təvəllüdlü Süleymanlı Rəqsanə Natiq qızı hər iki gicgah nahiyəsindən, 1982-ci il təvəllüdlü Qəhrəmanova Əsmər Akif qızı sağ said və əlin küt travması, müxtəlif sıyrıqlar, 1982-ci il təvəllüdlü Məmmədov Ruslan Mahmud oğlu isə başın küt travması xəsarətləri alıblar.
Xəstəxanadan əldə etdiyimiz məlumata görə, yaralıların ümumi vəziyyəti kafidir. İlkin yardımdan sonra yaralılar evə buraxılacaqlar.