Biləsuvarda döyülən qadın yaş yarımlıq körpəsini suda boğdubackend

Biləsuvarda döyülən qadın yaş yarımlıq körpəsini suda boğdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Biləsuvarda suda boğulan körpənin kimliyi müəyyənləşib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, uşaq 03.08.2020-ci il təvəllüdlü İmamzadə Polad Hökuməli oğludur. Uşağın anası isə 1992-cı il təvəllüdlü Gülər İmanzadədir.
Gəlinin qayınatası Nəzərov əli Polad oğlu, həyat yoldaşı isə Nəzərov Hökməli Əli oğludur.
Hadisə ailə münaqişəsi zəminində baş verib.

İsmətli kənd bələdiyyəsinin sədri Zaur Səfiyev Qaynarinfo-ya açıqlamasında hadisəni təsdiqləyib:

“Biz də hadisəni indi eşitmişik. Hazırda ora gedirəm. Rəsmi heç nə deyə bilmərəm…”

Qeyd edək ki,Biləsuvar rayon İsmətli kəndində gəlin özünün yaş yarımlıq uşağını suya ataraq boğub.
Verilən məlumata görə, gəlin ailədə davamlı zorakılıq görüb. Dünən gecə də evdə döyülən qadın yaxınlıqda su tapmadığından kəndin girişində, qəbiristanlığın yanından axan şor kanala qədər gedib, orada bir az sulu yer tapıb və özüylə birgə övladını kanala atıb.
Ancaq kəndin kanalında uzun müddətdən bəri su olmadığından 3 ilin gəlini olan qadına heç nə olmayıb, yosunların arasında itən uşaq isə tələf olub.
Hadisə yerinə prokurorluğun müstəntiqləri gəlib.
Hadisə bu gün səhər, saat 7-8 arası baş verib.