backend

Bilal Bilalov “Fəxri doktor” diplomu aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ xəbər verir ki, Gəncə Dövlət Universitetinin I tədris binasının iclas zalında Elmi Şuranın növbəti iclası keçirildi.   
TİA.AZ xəbər verir ki, Gəncə Dövlət Universitetinin I tədris binasının iclas zalında Elmi Şuranın növbəti iclası keçirildi.

Rektor professor Yusif Yusibov Elmi Şuranın iclasının gündəliyində duran məsələnin əlamətdar bir təqdimata həsr edildiyini bildirərək, qeyd etdi ki,  Universitetimizdə riyaziyyat elminin inkişafında, elmi mütəxəssislərin, fəlsəfə  və elmlər doktorlarının hazırlanmasında əvəzsiz rolu olan bir alimə – AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Qeyri harmonik analiz” şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin “Mexanika-riyaziyyat və kibernetika” fakültəsinin professoru, AMEA-nın müxbir üzvü Bilalov Bilal Telman oğluna  Elmi Şuranın qərarı və rektorun əmri ilə Gəncə Dövlət Universitetinin “Fəxri  doktoru”  adı  verilmişdir.

Rektor professor Yusif Yusibov Universitetin “Fəxri doktoru” diplomunu Bilal Bilalova təqdim etmişdir.
 

Bundan sonra Elmi Şura işini davam etdirdi. Elm və innovasiyalar üzrə prorektor dosent Pərvin Kərimzadənin “Doktorantura və dissertanturada mövcud vəziyyət. Elmi kadrların hazırlığının daha da yaxşılaşdırılması haqqında” , Magistratura şöbəsinin müdiri, dosent Emin Yaqubov “ Magistratura və TEC xətti ilə  aparılan elmi-tədqiqat işlərinin vəziyyəti və  qarşıda duran vəzifələr” , Elmi katib Teymur İsmayılovun “Ümumi riyaziyyat kafedrasının dosenti Mustafayev Mayıl Misir oğluna və Riyazi analiz kafedrasının dosenti Sadıqov Məmməd Mustafa oğluna universitetin “Fəxri Professoru” adının verilməsi” mövzusunda hesabatları müzakirə olunub müvafiq qərarlar qəbul olundu.Gizli səsvermənin nəticələri əsasında Ümumi riyaziyyat kafedrasının dosenti Mustafayev Mayıl Misir oğluna və Riyazi analiz kafedrasının dosenti Sadıqov Məmməd Mustafa oğluna Gəncə Dövlət Universitetinin “Fəxri Professoru” adının verilməsi qərara alındı.