Bil Geyts COVİD-in başlanğıcında buraxılan dəhşətli səhvləri açıqladıbackend

Bil Geyts COVİD-in başlanğıcında buraxılan dəhşətli səhvləri açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Microsoft”un yaradıcısı, multimilyarder Bill Geyts ABŞ və Avropanın koronavirus pandemiyasının başlanğıcında bir sıra ölümcül səhvlər buraxdığını deyib.
TİA.AZ xəbər verir ki, o bu haqda Geyts “Wyborcza” və TVN-ə verdiyi müsahibədə danışıb. Geytsin sözlərinə görə, bu səhvlərin ən dəhşətlisi odur ki, o və onun kimi insanlar yüngül bir xərclə problemə qarşı hazırlaşmaq və qarşısını almaq mümkün olacağı ilə bağlı müəyyən xəbərdarlıq etsə də, eşidən olmayıb.
“Təəssüf ki, bu tövsiyə olunan investisiyalar qoyulmadı. Bunların arasında xəstələri qısa müddətdə diaqnoz edə bilmək üçün tövsiyələr var idi”, – deyə iş adamı fikrini izah edib.
O, əlavə edib ki, PCR texnologiyasının çox dəqiq bir testə imkan verir və pandemiyanın başlanğıcında kifayət qədər insan test edilsə, pozitiv çıxanlar karantinə alınsaydı, onda: “Bu qədər geniş bir qapanmaya səbəb olan eksponent artımdan qaçmaq olardı”. Geyts bunun Avstraliya, Cənubi Koreya və Yeni Zelandiya tərəfindən icra edildiyini bildirib.
“Avropanın əksəriyyəti, Cənubi Amerika və Amerika Birləşmiş Ştatları bunu etmədilər və bunun altını çox böyük miqyasda çəkməli oldular”, – o vurğulayıb.
Bill Geyts əmindir ki, erkən investisiyalar vəziyyəti xilas edə bilər, indi bu qədər artıq xərc çəkilməzdi.
“Onda hələ də şansımız var idi – dünya liderləri buna əvvəlcədən hazırlaşsaydılar və ya heç olmasa vacib doğru alimlərə müraciət etsəydilər, onlar deyəcəkdi ki: testlərin sayına ciddi fikir verin və təcridə əməl edin! O zaman ölkələr daha yaxşı işlər görə bilərdi”, – iş adamı şikayətlənib.
Multimilyonerin qeyd etdiyi kimi, belə bir vəziyyətin təkrarlanmaması üçün baş verənlərdən nəticə çıxararaq sərmayə qoymaq lazımdır. Onun sözlərinə görə, investisiyaların çoxu yalnız pandemiya zamanı deyil, digər – qrip, poliomielit, malyariya və bu kimi digər xəstəliklər zamanı da sağlamlığı yaxşılaşdırmaq üçün ciddi vasitədir.