Tribuna İnformasiya Agentliyi

Bezrukov: Yenidən Mərdəkana getmək istəyirəm – VİDEO

27 Noyabr

Moskva quberniya teatrının bədii rəhbəri, aktyor Sergey Bezrukovyenidən Bakıya gəlmək istədiyini bildirib.

Oxu.Az xəbər verir ki, bununla bağlı Bezrukov “Moskva-Baku”ya müsahibəsində danışıb.

“Mən yenidən Bakıya getmək istəyirəm, bu dəfə teatrla birlikdə. Dəvət edin, biz məmnuniyyətlə gələcəyik!”, – Bezrukov bildirib.

“Mən çoxdandır Bakıda olmamışam, bu şəhəri çox sevirəm. Həmişə imkan olanda Sergey Aleksandroviç Yeseninin “Fars motivləri”ni yazdığı Mərdəkana gedirəm… Orada onu “Bakinskiy Raboçiy” qəzetinin redaktorları qəbul edirdilər.

Bura mənim üçün tanış yerdir. Bildiyim qədəri ilə Tolstoy küçəsində Yesenin muzeyi var. Onların orada necə yaşadıqlarını bilmirəm, uzun müddətdir onlarla danışmamışam”, – aktyor əlavə edib.