“Bəzi qadınlar hesab edir ki, bərabərlik kişinin üzərində hökmranlıqdır”backend

“Bəzi qadınlar hesab edir ki, bərabərlik kişinin üzərində hökmranlıqdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropada təhsil almaqla deyil. Bəzən qadınlar hesab edir ki, Avropa düşüncəsinin daşıyıcısıdır və ona görə də orada nə gördünsə Azərbaycanda da onu təqlid etmək olar. Bunlar yolverilməzdir”.

TİA.AZ  xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisdə deyib.

Onun sözlərinə görə, gender bərabərliyi əxlaqsızlığın təbliği deyil: “Yəni gender bərabərliyi ilə əxlaqsızlıq bir tutula bilməz. Gender bərabərliyindən, qadın hüquqlarından sui-istifadə edib əxlaqsızlığı cəmiyyətə bulaşdırmaq olmaz. Gender bərabərliyi cəmiyyətin inkişafında qadınların məsuliyyətinin artırılmasıdır.

Təəssüf ki, bəzi feminist qadınlar elə hesab edir ki, bərabərlik məsuliyyətsizlik, kişinin üzərində hökmranlıq etməkdir. Xeyr, tam əksidir. Cəmiyyətin, onun kiçik bir subyekti olan ailənin inkişafı, müasir bilik və tələblərə uyğunlaşmasında məsuliyyəti daşımaqdır.

Hesab edirəm ki, hər bir Azərbaycan qadını bunun fərqindədir. İstər kişi olsun, istər də qadın, nümayişkaranə şərab içməklə, siqaret çəkməklə, oturmaq tərzini dəyişməklə, açıq-saçıq geyimlərlə gender bərabərliyi olmur. Gender bərabərliyini dəyər səviyyəsinə qaldırmaq lazımdır”.