Bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verildibackend

Bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə veriləcək.

TİA.AZ-ın məlumatına görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən fəaliyyətinə icazə verilən sahələr aşağıdakılardır:

– Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;

– Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;

– maşın və avadanlıqların istehsalı;

– elektrik avadanlıqlarının istehsalı;

– kompüter, elektron və optik məhsulların istehsalı;

– avtomobil, qoşqu və yarımqoşquların istehsalı;

– sair nəqliyyat vasitələrinin istehsalı;

– poliqrafiya məhsullarının istehsalı;

– zərgərlik məmulatlarının istehsalı;

– musiqi alətləri, idman mallarının istehsalı;

– geyim istehsalı;

– toxuculuq sənayesi;

– ayaqqabıların istehsalı;

– dəri və dəri məmulatlarının istehsalı;

– tütün məmulatlarının istehsalı;

– sair sənaye məhsullarının istehsalı.

Aşağıda qeyd olunan sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilən 50 faizlik və həmin iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayının əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmaması ilə bağlı məhdudiyyətlər ləğv edilir:

– Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

– Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

– Mühəndislik və layihələndirmə xidmətləri;

– Qablaşdırma məhsullarının istehsalı;

– Daş, metal və taxta məhsullarının istehsalı;

– Mebel istehsalı və təmiri;

– Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

– Tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;

– Onlayn satışlar;

– Kimyəvi təmizləmə;

– Mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

– Avtomobillərin təmiri;

– Avtomobil yuyulma məntəqələri;

– Heyvan sığınacaqları;

– Tərcümə xidmətləri.