BEYRUTDAKI PARTLAYIŞA NƏ SƏBƏB OLUB?-FOTObackend

BEYRUTDAKI PARTLAYIŞA NƏ SƏBƏB OLUB?-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beyrutda meydana gələn partlayış nəticəsində ölənlərin sayı 100 nəfərə, yaralananlar isə 4000 nəfəri keçib. Tia.az xəbər verir ki, şəhərin liman hissəsində 6 ildir anbarda saxlanılan, ümumi çəkisi 2700 ton olan ammonium nitratın partlaması nəticəsində Beyrutun xeyli hissəsi xarabalığa dönüb. Bu əsnada, Livanın paytaxtı fəalkət zonası elan edilib. Ölənlər arasında yerli siyasi partiyaların rəhbərləri, bir çox məmurlar da var.
Yerli hakimiyyət xəstəxanalara müraciət edən yaralıların sayının getdikcə daha da artdığını, tibb ocaqlarının dolub-daşdığını, artıq çatdıra bilmədiyini, yaralılara qan lazım olduğunu bəyan edib. Livanın prezidenti Avni bildirib ki, məsələni araşdırmaq üçün artıq istintaq qrupu yaradılıb.
Qeyd edək ki, Beyrutda baş vermiş partlayışla bağlı müxtəlif versiyalar irəli sürülür. Məsələn, hadisədən dərhal sonra bunun terror aktı olduğu versiyası gündəmə gəldi. Ardında da İŞİDİ-in bu aktı üzərinə götürdüyü xəbəri yayıldı. Daha sonra partlayışı İisrailin xüsusi xidmət orqanı əməkdaşlarının həyata keçirdiyi bəyan edildi ki, rəsmi Təl-Əviv bunu təkzib etdi.
Bildirək ki, məsələ ilə bağlı çeşidli videolar, müxtəlif konsproloji fikirlər də mövcuddur. Belə ki, bəzi videolarda ammonium-nitrat olan anbarın roketlə vurulduğu görüntüləri diqqəti çəksə də, rəsmi qurumlar partlayışın əsl səbəbinin böyük ehtimalla anbarda aparılan qaynaq işləri ilə əlaqəli olduğunu deyirlər.
Bu əsnada ABŞ-ın partlayıcı maddələr üzrə mütəxəssislərindən olan Toni May maraqlı bir neçə məqam barədə danışıb. “Hökumətlə birlikdə çalışaraq, həm Amerikada, həm də dünyanın bir çox ölkələrində baş vermiş hadisələri araşdırmışam. Beyrutda baş verən hadisə yanmaya başlayan bir binada saxlanılmış çox miqdarda partlayıcı maddənini səbəb olduğunu deyə bilərəm”.
Lakin Mayı təəccübləndirən bir neçə məqam olub. O deyir ki, Bağdadda olarkən amonium nitrat sayəsində əmələ gələn partlayışı araşdırıb. “Bu zaman sarı duman əmələ gəlir. Beyrutdakı partlayışda isə cəhrayı və qırmızı bulut yarandır ki, bunun amonium nitratla heç bir əlaqəsi yoxdur”.
Düzdür, ekspert deyir ki, bütün bunlara rəğmən, partlayışın amonium nitratla bağlı olmadığını iddia etmək də yersiz olar. “Bu, sadəcə, partlayışa “başqa elementlər”in də səbəb olduğu anlamına gəlir”.