Beynin qocalmasının qarşısını alan qida – Nevroloq açıqladıbackend

Beynin qocalmasının qarşısını alan qida – Nevroloq açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Balıq və Omeqa 3 beynin qocalmasının qarşısını alıb, onun sağlamlığını təmin edir.
TİA.AZ xəbər verir ki, nevroloq Aleksandra Aleksina beyinin ən çox ehtiyac duyduğu qidanı açıqlayıb.

“Elmi araşdırmalar sübut edib ki, Omeqa 3 ilə zəngin qidalar yeməmək çoxsaylı koqnitiv problemlərə səbəb olur.
Yeni elmi iş beyinin ən çox Omeqa 3-ə ehtiyac duyduğunu göstərib.
İnsanlar yüksək olmayan dozada Omeqa 3 qəbul edərsə, daha doğrusu okean, dəniz balıqları yeyərsə, söz bazası, yaddaş və koqnitiv funksiyalarını yaxşılaşdıra bilərlər.
40-50 yaş arası insanlar üzərində aparılan tədqiqat eritrositlərdə Omeqa-3 olmasının beynin strukturu və koqnitiv fəaliyyətinə müsbət təsir etdiyini sübut edib.
Beynin Hippokamp hissəsinin tutumunu artırmaq üçün yüksək indeksli Omeqa 3 lazımdır.
Hippokampın sağlamlığı beynin qocalmasının qarşısını alır.
Yeni düşüncələr, geniş düşünmək və yeni informasiyaları yadda saxlamaq, öyrənmək üçün Omeqa 3 miqdarı çox olmalıdır.
Bu logik düşüncə qabiliyyətini də artırır.
Bir sözlə, beynini gücləndirmək istəyən yağlı dəniz və çay balıqları yesin.
Sintetik balıq yağından uzaq durun”.