Beynəlxalq məhkəmə “Katyuşa” səsləndirməyi Rusiyaya qadağan etdibackend

Beynəlxalq məhkəmə “Katyuşa” səsləndirməyi Rusiyaya qadağan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İdman Arbitraj Məhkəməsi (CAS) Rusiyanın bu yay Tokio Olimpiadasında “Katyuşa” mahnısından istifadə etməsini qadağan edib.

TİA.AZ bu barədə Inside the Games saytına istinadla xəbər verir. CAS hesab edir ki, hər hansı bir şəkildə ölkə ilə əlaqəli hər hansı bir kompozisiyanın istifadəsi qəbuledilməzdir. Son qərar Beynəlxalq Olimpiya Komitəsində olacaq.

2020-ci ilin dekabrında İdman Arbitraj Məhkəməsi Rusiya idmançılarının milli bayraq altında çıxışlarına iki illik qadağa tətbiq edib. Bu müddətdə beynəlxalq yarışlar Rusiyada keçirilə bilməz.

Tokio Olimpiadasında ruslar Rusiya Olimpiya Komitəsinin ROC abbreviaturası altında çıxış edəcək. Bu, Beynəlxalq Olimpiya Komitəsinin qərarıdır.