Tribuna İnformasiya Agentliyi

Beynəlxalq Bankın rəhbəri vəzifəsindən kənarlaşdırıldı

08 Dekabr

Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının qərarı ilə Elmar Məmmədov bankın İdarə Heyətinin sədri vəzifəsindən azad olunub. 

Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının qərarı ilə Elmar Məmmədov bankın İdarə Heyətinin sədri vəzifəsindən azad olunub.

TİA.AZ bildirir ki, bu barədə Trend-ə maliyyə dairələrindəki mənbə məlumat verib.

O bu vəzifəyə 2015-ci ilin iyul ayında 4 il müddətinə seçilmişdi.

Bu təyinata qədər isə E.Məmmədov “Kapital Bank”da (2009-cu ilin iyunundan) və “Azər Türk Bank”da (2014-cü ilin sonundan) İdarə Heyətinin sədri olub.

Bankın İdarə Heyətinin sədri vəzifəsini Xalid Əhədov icra edəcək. O, 2016-cı il dekabrın 2-dən “Azər Türk Bank”ın İdarə Heyətinin sədri vəzifəsini icra edirdi.