Beynəlxalq Ağırlıqqaldırma Federasiyası antidopinq qaydalarını sərtləşdirdibackend

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası antidopinq qaydalarını sərtləşdirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraiyyə Komitəsi Müstəqil Antidopinq Komissiyasının bir il müddətində idmançıların yarışlardan kənarlaşdırılmasına səbəb olan qayda pozuntularının sayının azaldılması barədə tövsiyəsini təsdiqləyib.

TİA.AZ IWF-in rəsmi saytına istinadən xəbər verir ki, qurum antidopinq qaydaları ilə bağlı maddənin 12-ci bəndini bərpa edib. Bu isə o deməkdir ki, bundan sonra idmançılara cəza verməkdən ötrü il ərzində 4 deyil, 3 qayda pozuntusu kifayət edəcək.

Qurumun prezident səlahiyyətlərini icra edən Maykl İrani bildirib ki, qərar son illərdə ağırlıqqaldıranların qorunması və şəffaflığın təşviqi sahəsində qazanılmış irəliləyişi davam etdirmək üçün qətiyyəti əks etdirir.