backend

Beyləqanda təhsildə problemlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaxtında Beyləqan rayon təhsilindəki nöqsanlardan, az qala ayaq tutub yeriyən rüşvətxorluqdan yetərincə yazılıb.  Vaxtında Beyləqan rayon təhsilindəki nöqsanlardan, az qala ayaq tutub yeriyən rüşvətxorluqdan yetərincə yazılıb. 

Bəs bu gün, artıq rayon təhsil şöbəsinin (RTŞ)müdiri zərif cinsin nümayəndəsinə dəyişiləndən sonra daha çox nədən yazılır?İndi Beyləqan təhsilində rüşvətxoluqdan, saxta diplomlu müəllimlərdən və direktorlardan danışılır, məktəblərə qanunsuz yolla, Təhsil Nazirliyinin (TN) attestasiyasından keçməyib götürülən müəllimlərdən söhbət gedir.

Beyləqan rayonu üzrə 2016-2017-ci tədris ili üçün vakant müəllim yerlərinin siyahısından da görünür ki, Beyləqan şəhər məktəblərində deyil, kənd məktəblərində belə yerlər mövcuddur. Aldığımız məlumata görə, yeni tədris ilindən Beyləqan şəhər 1 saylı məktəbində, şəhər 4 saylı məktəbə 2 nəfər, 2 və 3 saylı şəhər məktəblərinə 2 nəfər müəllimin işə götürülməsinə göstəriş verilib. Həmin müəllimlər TN-nin müsabiqəsindən, vacib prosedurlardan keçməyiblər. Etibarlı mənbələrdən Sonolay.org-a bildirirlər ki, RTŞ rəhbərliyi həmin attestasiyadan kənar müəllimləri hərəsindən aldığı 3 min manat rüşvət müqabilində “iş”lə təmin edib. Əlbəttə, əgər buna iş demək olarsa.

Həmin şəxsləri məktəb direktorları əmrlə qəbul etməsələr də, işə çıxırlar. Belə olan halda TN-nin 12 saylı Regional Hesablama Mərkəzi həmin müəllimlər üçün maaş ayırmayacaq və nəticədə əmək haqqı ala bilməyəcəklər. Başqa bir qanunsuzluq qəsəbə orta məktəblərindən birinə direktor təyinatı ilə bağlıdır. TN-nin attestasiyasından keçən namizəd RTŞ rəhbəri Xuraman Rüstəmovanın “rüşvət attestasiyası”ndan keçə bilmədiyinə görə kənarda qalıb, amma tələb olunan 10 min manat “şirinliyi” ödəyən Pərvanə müəllimə məktəb rəhbəri kürsüsünə yiyə çıxıb. Səhih məlumata görə, Pərvanə xanımın diplomu da, yenidən hazırlanma kursunda iştirak sertifikatı da saxtadır. Sonda Beyləqan rayonu üzrə 2016-2017-ci tədris ili üçün vakant müəllim yerlərinin siyahısına göz atmağa dəyər: … 800 (siyahı üzrə sıra nömrəsi) Beyləqan Tatalılar kənd S.Salmanov adına tam orta məktəb Azərbaycan (bölməsi) üzrə Kimya (fənni) 11(vakant dərs yükü) 1(vakant yer) H2(həvəsləndirmə) 22 (rayon mərkəzindən məsafə) Tatalılar kəndi; 801 Beyləqan Tatalılar kənd S.Salmanov adına tam orta məktəb Azərbaycan Biologiya 11 1 H2 22 Tatalılar kəndi; 802 Beyləqan Tatalılar kənd S.Salmanov adına tam orta məktəb Azərbaycan Azərbaycan dili və ədəbiyyat 18 1 H2 22 Tatalılar kəndi; 803 Beyləqan Eyvazalılar kənd F.Quliyev adına tam orta məktəb Azərbaycan İnformatika 15 1 H1 17 Eyvazalılar kəndi; 804 Beyləqan Milabad kənd V.Cəfərov adına tam orta məktəb Azərbaycan Kimya 9 1 H1 18 Milabad kəndi; 805 Beyləqan İmamverdilər kənd A.Quliyev adına tam orta məktəb Azərbaycan İnformatika 11 1 H2 40 İmamverdilər kəndi; 806 Beyləqan İmamverdilər kənd A.Quliyev adına tam orta məktəb Azərbaycan İbtidai sinif 18 1 H2 40 İmamverdilər kəndi; 807 Beyləqan İmamverdilər kənd A.Quliyev adına tam orta məktəb Azərbaycan Coğrafiya 11 1 H2 40 İmamverdilər kəndi; 808 Beyləqan İmamverdilər kənd A.Quliyev adına tam orta məktəb Azərbaycan Kimya 9 1 H2 40 İmamverdilər kəndi; 809 Beyləqan Allahyarlı kənd tam orta məktəb Azərbaycan Fizika 12 1 H1 11 Allahyarlı kəndi; 810 Beyləqan Çəmənli kənd S.Abbasov adına tam orta məktəb Azərbaycan Riyaziyyat 15 1 H2 40 Aşağı Çəmənli kəndi; 811 Beyləqan Qaradağlı kəndA.Budaqov adına tam orta məktəb Azərbaycan Tarix 18 1 H2 35 Qaradağlı kəndi; 812 Beyləqan Kəbirli kənd E.Əliyev adına 2 nömrəli tam orta məktəb Azərbaycan Kimya 9 1 H1 18 Kəbirli kəndi; 813 Beyləqan Bünyadlı kənd Y.Quliyev adına tam orta məktəb Azərbaycan İbtidai sinif 18 1 H2 30 Bünyadlı kəndi; 814 Beyləqan Qəhrəmanlı qəsəbə T. Məmmədov adına tam orta məktəb Azərbaycan İnformatika 12 1 Yoxdur 15 Qəhramanlı kəndi; 815 Beyləqan Yuxarı Kəbirli kənd Ə.Əsgərov adına tam orta məktəb Azərbaycan Azərbaycan dili və ədəbiyyat 19 2 H2 35 Yuxarı Kəbirli kəndi; 816 Beyləqan Yuxarı Kəbirli kənd Ə.Əsgərov adına tam orta məktəb Azərbaycan İbtidai sinif 18 1 H2 35 Yuxarı Kəbirli kəndi; 817 Beyləqan Eyvazalılar kənd F.Quliyev adına tam orta məktəb Azərbaycan Coğrafiya 13 1 H1 17 Eyvazalılar kəndi; 818 Beyləqan Soltanbud kənd R.Ağamalıyev adına tam orta məktəb Azərbaycan Alman dili 12 1 H2 26 Dünyamalılar kəndi.

Növbəti günlərdə son 5 ayda Beyləqan təhsilində baş verən ciddi qanun pozuntuları barədə geniş bilgi verəcəyik.

Sonolay.org