Beyləqanda havanı çirkləndirən sexin sahibi cəzalandırılıbbackend

Beyləqanda havanı çirkləndirən sexin sahibi cəzalandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Beyləqan rayonunun Milabad qəsəbəsində fəaliyyət göstərən istehsal sexindən atmosferə normadan artıq tullantı atıldığını aşkarlayıblar.

Xidmətdən TİA.AZ-a bildiriblər ki, faktla bağlı sexin sahibi Vüqar Ağalıyev barəsində protokol tərtib edilib və o, 2500 manat məbləğində cərimə olunub. Obyekt sahibinə sexdə təmizləyici qurğunun quraşdırılması üçün icrası məcburi olan göstəriş verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır