Beyini stresdən qoruyan qidalarbackend

Beyini stresdən qoruyan qidalar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Stress beyin hüceyrələrinə çox mənfi təsir edir, beyinin daha tez qocalmasına səbəb olur. Beynin fəaliyyətini yavaşladır. Hətta unutqanlığa da səbəb ola bilər.
 
Bəzi qida məhsullari beyini stressin dağıdıcı təsirindən qorumağa kömək edir. Bunlar aşağıdakılardır.
 
1. Çuğundur
Çuğundurun tərkbində olan maddələr beyinin qan dövranını yaxşılaşdırır. Həmçinin bu tərəvəzin tərkibində betanin var. Betanin Alsheymer xəstəliyinə səbəb olan zülali maddələrin beyində toplanması prosesini ləngidir.
2. Nar
Antioksidant maddələri ilə zəngin olan nar beyində iltihabın riskini azaldır, yaddaşı yaxşılaşdırır.
3. Sarıkök
Təbii antidepressant sayılan sarıkök əhvalı yaxşılaşdırır və həyacanı azaldır. Sarıkökün əsas təsiredici maddəsi “kurkumin” beyində yeni hüceyrələrin əmələ gəlməsi proseslərini aktivləşdirir, yaddaşı, diqqəti, təfəkkürü yaxşılaşdırır.
Medicina.az