Bəxtiyar Hacıyev özünü və maşınını yandırmaq istəyib-VİDEObackend

Bəxtiyar Hacıyev özünü və maşınını yandırmaq istəyib-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəxtiyar Hacıyev bu gün saat 14:30 radələrində özünə məxsus avtomobillə DİN-in inzibati binasının qarşısına gəlib.

Bu barədə DİN Mətbuat xidmətindən bildirilib.

“Polis əməkdaşları ona yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu bildiriblər. Bəxtiyar Hacıyev isə maşındakı yanar mayeni göstərərək özünü də, avtomobili də yandıracağını deyib. Buna görə də polis əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıb və qapını açaraq həmin yanacağı maşından götürüblər. Bununla da polislər baş verə biləcək hadisənin qarşısını alıblar.

Bəxtiyar Hacıyev isə etirazının səbəbinin araşdırılması məqsədilə müvafiq polis idarəsinə aparılıb. Hazırda araşdırma davam etdirilir”, – deyə məlumatda qeyd olunub.