Bəşəriyyət koronavirusa nə vaxt qalib gələcək – Bill Qeyts proqnoz edirbackend

Bəşəriyyət koronavirusa nə vaxt qalib gələcək – Bill Qeyts proqnoz edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bill Qeyts hesab edir ki, dünya koronavirusa 2022-ci ildən tez qalib gələ bilməyəcək. Bununla eyni vaxtda o, istisna etməyib ki, amerikalılar artıq gələn yay normal həyata qayıdacaqlar – yaradılmış vaksinin hesabına.

«Microsoft»-un yaradıcısının fikrincə, əgər qlobal tədbirlər görülərsə, xəstəliyi azaltmaq 2021-ci ildə mümkün olacaq («Fox» telekanalı).

«Allaha şükürlər olsun, vaksin texnologiyası artıq var, maliyyələşdimə aparılır. Ona görə də mən optimist olaraq hesab edirəm ki, bu, əbədi davam etməyəcək» – Qeyts əlavə edib.

Bundn əvvəl milyarder COVİD-19 virusu ilə mübarizəyə öz fondundan 650 milyon dollar ayırıb. Bu zaman o, ABŞ-da koronavirusun çox yavaş testləşdirilməsindən və bir sıra ölkələrin vaksin uğrunda yarışa çıxmasından şikayətlənib.