Bəşər Əsəd prezidentliyə namizədliyini irəli sürdübackend

Bəşər Əsəd prezidentliyə namizədliyini irəli sürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Suriyadakı rejimin başçısı Bəşər Əsəd prezident seçkisi keçirməyə hazırlaşır.
TİA.AZ “Reuters”ə istinadən xəbər verir ki, seçki bu ilin mayın 26-da keçiriləcək. B.Əsəd yenidən prezidentliyə namizəd olacaq.
Qeyd edək ki, B.Əsəd 2000-ci ildən Suriyaya rəhbərlik edir. O, dövlət başçısı olan atası Hafiz Əsədin vəfatından sonra hakimiyyətə gəlib.
2011-ci ildən ölkədə vətəndaş müharibəsi gedir.
2014-cü ildə keçirilən seçkidə B.Əsədin 88 faiz səslə yenidən dövlət başçısı seçildiyi elan olunub.