Beş ölkə İrandan təyyarə qəzasına görə kompensasiya tələb etdibackend

Beş ölkə İrandan təyyarə qəzasına görə kompensasiya tələb etdi

İran hakimiyyəti ötən çərşənbə axşamı Tehran yaxınlığında vurulan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarədə uçanların yaxınlarına təzminat ödəməlidir.
Qaynarinfo xəbər verir ki, bu haqda vətəndaşları fəlakət nəticəsində qəzaya uğrayan dövlətlərin birgə bəyanatında deyilir. Bu ölkələr Kanada, İngiltərə, İsveç, Əfqanıstan və Ukraynadır.
Hələ ki İrandan bu tələbə bir cavab verilməyib.
UNİAN yazır ki, bu arada Ukraynanın Xarici İşlər naziri Vadim Pristayko Britaniya vətəndaşlarının cəsədlərinin vətənlərinə göndərməsində Kiyevin Londona kömək etməyə hazır olduğunu bildirib. Qalıqların Ukraynaya təhvil veriləcəyi gözlənilir.
Ukrayna hakimiyyəti İrandan Boeing-in “qara qutu”larını verməyi də tələb edib.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki