Berdıməhəmmədov ömürlük prezident olur? – Türkmənistan konstitusiyası dəyişdirilirbackend

Berdıməhəmmədov ömürlük prezident olur? – Türkmənistan konstitusiyası dəyişdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənistanın avtoritar lideri Qurbanqulu Berdıməhəmmədov konstitusiyaya dəyişiklikləri imzalayıb. Sərt nəzarətdə olan bu ölkədə sənədin detalları tam bəlli deyil. Dövlət mediası sentyabrın 25-də Xalq Şurası və deputatların təsdiqindən sonra Berdıməhəmmədov dəyişiklikləri imzalaması barədə xəbər yayıb. Prezident özü bir il öncə bu təkliflə çıxış etmiş, layihəni hazırlayan komissiyaya da özü başçılıq edirdi.

Türkmənistan vətəndaşlarının dəyişikliklərin konkret mahiyyətindən xəbəri yoxdur. Bircə bilinən odur ki, təkpartiyalı parlament olan Məclis Xalq Şurası ilə birləşəcək və ikipalatalı qurum yaradılacaq.

Xalq Məsləhəti adlışura 2017-ci ildə Ağsaqqallar Şurasının əsasında təsis olunub. Berdıməhəmmədov bu orqanın da sədridir.

Tənqidçilərin sözlərinə görə, Berdıməhəmmədov dəyişikliklərdən istifadə edərək özünün ömürlük prezidentliyini, sonucda hakimiyyətin oğluna və nəvələrinə keçməsini təmin etmək istəyir. Bu ayın əvvəlində onlarla türkmənistanlı Vaşinqtonda, Hyuston və Pitsburqda yürüşlərə çıxaraq plana etiraz ediblər

Hökumətin tənqidçiləri və insan haqları qrupları 2006-cı ildə avtokrat lider Saparmurat Niyazovun ölümündən sonra hakimiyyətə gəlmiş Berdıməhəmmədov narazıları susdurduğunu, ölkədəçox az dəyişikliklər etdiyini deyirlər.

Berdıməhəmmədov da mərhum sələfi kimi hakimiyyətinin saxlanmasında əsas məhsul və xidmətlərin əhaliyə güzəştli qiymətə satılmasından yararlanıb.