Tribuna İnformasiya Agentliyi

Berdiməhəmmədovdan Qədr gecəsi ilə bağlı qərar

09 İyun

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Qədr gecəsi münasibətiylə 611 məhbusu əfv edəcək.

Axar.az xəbər verir ki, Berdiməhəmmədov bu barədə qərarı dünən hökumətin iclası zamanı qəbul edib. O, Qədr gecəsi zamanı amnistiyanın həyata keçirilməsinin Türkmənistanda ənənə olduğunu deyib.

Berdiməhəmmədov həmçinin Türkmənistan vilayətlərinin rəhbərlərinə həbsdən azadlığa buraxılanların işlə təmin edilmələrinə şərait yaradılmasını tapşırıb.

Qeyd edək ki, keçən il Qədr gecəsi zamanı Berdiməhəmmədov 1029, 2016-cı ildə isə 600 məhbusu əfv etmişdi.