Bərdədəki yanğında 101 mağazaya ziyan dəyib -VİDEObackend

Bərdədəki yanğında 101 mağazaya ziyan dəyib –VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bərdə rayonunda bazarda baş verən yanğın zamanı ümumilikdə 101 mağazaya ziyan dəyib.
TİA.AZ xəbər verir ki, mağazalardan 80-i tamamilə, digər 13-ü isə qismən yanıb.
Qeyd edək ki, Bərdədə güclü yanğın olub.
Hadisə Güloğlular kəndində, “Təzə Bazar” ərazisində qeydə alınıb.
Belə ki, bazarın paltar satışı hissəsində alovlanma baş verib. Yanğın güclü olduğundan alov 10-a yaxın mağazanı bürüyüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Bərdə Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyinin Yevlax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi də köməyə gəlib. Yanğının söndürülməsinə habelə Ağdam, Tərtər rayonlarından da yanğınsöndürmə briqadaları cəlb edilib.
Bir qədər əvvəl yanğın artıq söndürülüb. Hazırda yanğınsöndürənlər mağazalarda olan kiçik ocaqların söndürülməsinə çalışırlar.Faktla bağlı araşdırma aparılır.